“Bakı” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 28-ci turunda “Simurq”a 2:1 hesabı ilə qalib gəldiniz. Oyun haqqında nə deyə bilərsən?
- Kubokdan əlimizi üzəndən sonra bir qədər həvəsdən düşmüşdük. Lakin futbolçularımız fikirləşirdi ki, gərək bu oyunda qalib gələk və komanda özünə gəlsin. Erkən qol vurmağımız da işimizə yaradı. “Simurq”un penaltini vura bilməməsi də onları ruhdan saldı. Əsas qalib gəlmək idi. Onu da bacardıq.
- Dünən “Bakı”nın heyətində qələbə topunu vurdun. Yəqin bundan sonra əsas heyət oyunçusuna çevrilərsən.
- Düzdür, əsas qol vurmaq idi ki, əsas heyətdə yerimi möhkəmləndirim. İnanıram ki, növbəti oyunlarda qol vurmaq problem olmayacaq. Yəqin ki, növbəti mövsümdən yaxşı formada olaram. Çünki bu mövsüm artıq başa çatır. Mənim oyunumda problem yox idi. Sadəcə qol vurmaq qalırdı. Bunu da artıq bacarıram. İnşallah, bu qolların ardı gələcək.
- Sabah dünyanın tanınmış klublarından olan Madridin “Atletiko” klubu ilə yoldaşlıq oyunu keçirəcəksiniz. Bu haqda fikirlərini bilmək istərdik.
- Bunun yaxşı tərəfləri çoxdur. Gənc yerli futbolçular üçün belə futbolçulara qarşı oynamaq həm xoş olacaq, həm də oyun təcrübəsi toplamaq baxımından əhəmiyyətlidir. Biz əvvəllər də ulduz futbolçularla oynasaq da, belə tanınmış futbolçularla meydanda mübarizə aparmaq xoşdur. İnanıram ki, sabah çox maraqlı bir oyun olacaq.
- Artıq “Atletiko” ilə oynayacaq heyət müəyyənləşib?
- Əvvəl bir çox klublardan futbolçular dəvət olunmalı idi. Sonradan müəyyən problemlərə görə ancaq “Bakı”nın yerli futbolçularının oynamasına qərar verildi. “Bakı”nın ikinci heyətindən də yaxşı oynayan futbolçular sabahkı matçda meydana çıxacaq. Azərbaycanlı oyunçuların oynaması daha gözəldir.
- Oyunun belə bir vaxtda keçirilməsi nə dərəcədə düzgündür? Komandanız sıx qrafiklə oyunlar keçirib. Dünən “Simurq”la oyununuz olub, sabah da “Atletiko” ilə qarşılaşacaqsınız.
- “Atletiko” da hazırda sıx qrafiklə oynayır. Çövsüm bitən kimi milli komandaların oyunları başlayacaq. Ona görə də başqa cür mümkün deyil. Həm də bu yoldaşlıq görüşüdür. Çox da vacib oyun deyil.
- Matça xüsusi hazırlıq keçmisiniz?
- Dünən oyunumuz olub. Hazırlaşmağa vaxtımız olmayıb. “Atletiko”da bu oyuna hazırlaşmayıb. Sabah futbol bayramı olacaq. Ona görə də hər iki tərəf bu oyuna çox da ciddi hazırlaşmır.
- Hansı nəticəyə ümid edirsiniz?
- Meydana çıxıb ən yaxşı oyunumuzu göstərəcəyik. “Atletiko” ilə oynamağın özü yaxşı bir nəticədir. Bu oyunda nəticə önəmli deyil.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi