"İnter"ə qəsdən uduzmamışıq"

"İnter"ə qəsdən uduzmamışıq"
MÜSAHİBƏ 27 Aprel 2013 / 00:01 3048
-  A +

“Doğrudan da, ağır oyun oldu. Komandamızda heç kimin oyunu alınmadı. Futbolçumuz Mario Bojiçin qırmızı vərəqə alaraq maydanı tərk etməsi də, bizi pis vəziyyətdə qoydu. Amma biz elə əvvəldən oyuna yaxşı başlamadıq”.

Bu sözləri Qol.Az saytına açıqlamasında “Simurq”un müafiəçisi İlkin Qırtımov Topaz Premyer Liqanın 27-ci turunda “İnter”ə böyük hesabla məğlub olduqları oyunu (0:5) şərh edərkən deyib.

O, “İnter” – “Simurq” oyunu ətrafında gedən söz-söhbətlərə də münasibət bildirib: “İnter”ə qəsdən uduzmağımızla bağlı çox danışırlar. Amma bu, qətiyyən düzgün deyil. Hansı komanda qəsdən qapısından beş top buraxar? Bu şayələrin yaranmağının səbəbini də bilmirəm. Biz “İnter”ə qəsdən uduzmamışıq. Sadəcə oyunumuz alınmadı”.

İ. Qırtımov Topaz Premyer Liqanın 28-ci turunda “Bakı”ya qarşı keçirəcəkləri oyun haqda da danışıb: “Bakı” ilə oyuna ciddi itkilərlə çıxacağıq. Mario Bojiç qırmızı vərəqəyə görə, Dilaver Zrnanoviç isə sarı vərəqə limiti bitdiyinə görə bizə kömək edə bilməyəcək. Ona görə bir qədər çətin olacaq. Amma çalışacağıq ki, onların yoxluğun hiss etdirməyək. Bizim hələ avrokuboklara getmək ümidimiz tükənməyib. Bunun üçün hər oyun mübarizə aparacağıq”.

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki