"Xəzər Lənkəran” klubunun qapıçısı Orxan Sadıqlının Qol.Az saytına müsahibəsi
- Hazırda komandanızda ümumi vəziyyət necədir?
- Vəziyyətimiz göz qabağındadır. İkinci “altılıq”da oynayırıq. Lənkəran komandasına ikinci “altılıq”da oynamaq yaraşmır. Tək ümidimiz kubokadır. “Bakı” ilə oyuna hazırlaşırıq. Avrokuboklara getmək üçün çox çalışırıq.
- Con Toşakın gəlişindən sonra oyununuzda dəyişiklik var?
- Yeni baş məqşçi gəlsə də, eyni oyunçularla oynayırıq. Baş məşqçimiz tədricən öz oyun üslubunu bizə aşılamağa çalışır. Məncə, Con Toşakın bizə xeyiri olacaq.
- Amma çempionatın son oyunlarında komandanız elə də uğurlu çıxış etmir.
- Razıyam. Bir qədər də bəxtimiz gətirmir. Dünən “Sumqayıt”la oyunda da 7-8 qol imkanımız oldu. Həm “Sumqayıt”ın qapıçısı Səlahət Ağayev yaxşı oynadı, həm də bəzi epizodlarda bəxtsizlik öz sözünü dedi. Bu gün biz əsas fikrimizi kubok oyunlarına yönəltmişik, həm də gələn mövsümü düşünürük.
- Növbəti mövsümdə komanda qarşısına hansı məqsədi qoyacaq?
- Əsas məqsədimiz həmişəki kimi həm çempionluq, həm də avrokuboklara vəsiqə qazanmaq olacaq. Ən azı Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik.
- Qarşıdan “Bakı” ilə kubokun cavab matçı gəlir. Oyunqabağı komandada hansısa çatışmazlıqlar var?
- Alvaro Silva zədələdir. Bundan başqa Manuel Skarlatake sərə vərəqə limitinə görə oynaya bilməyəcək. Qalan futbolçularda hər şey qaydasındadır. Oyuna hazırlaşırıq. Sabah son məşqimizi edəcəyik.
- Birinci oyunda rəqibə 0:1 hesabı ilə məğlub oldunuz. Bu hesabla finala çıxmaq şansınız necə görürsən?
- Məğlub olsaq da, evdə oynadığımız üçün şansları bərabərdir. Məqsədimiz qapımızı toxunulmaz saxlayaraq qol vurmaqdır. İnşallah, doğma azarkeşlər önündə finala vəsiqə qazana bilərik.
- İlk oyunda inamlı çıxışınla yadda qaldın. Yəqin baş məşqçi yenə sənə şans verəcək.
- Hələlik bilmirəm, məşqçi kimə şans verəcək, ya yox. Qapıda mən olsam, birinci oyundakı kimi komandam üçün meydanca can qoyacağam. Bizim komandada heç kim deyə bilməz ki, meydana mən çıxacağam. Çünki kimliyindən asılı olmayaraq, hər kəs meydanda komandaya kömək etməyə çalışır.
- Finala çıxsanız, “Qarabağ” və “Neftçi” komandalarından hansı sizin üçün arzuolunan olar?
- Mərhələni keçsək, bzim üçün hansısa komandanın fərqi yoxdur. Onsuz da finala çıxsaq, komandamızda ab-hava elə olacaq ki, istənilən rəqibə qarşı oynamaq gücündə olacağıq.
- Ucaboy olmamağın qapıda sənə mane olmur? Bir neçə dəfə göylə gələn topları dəf edə bilməmisən.
- Əvvəllər belə səhvlərə yol vermişəm. Bu da təcrübəsizliklə bağlı idi. Birinci dövrədə 3-4 dəfə elə toplar buraxmışam. Bu səhvlər sırf təcrübəsizliklə bağlıdır. Belə qollar buraxmağımın boyumla əlaqəsi yoxdur.
- Demək istəyirsən ki, təcrübə topladıqca ucaboy olmamağın sənə əngəl yaratmayacaq?
- Əlbəttə. Birdən-birə qapıçı olmaq olmaz. Təcrübə topladıqca belə çətin topları çıxartmaq asanlaşır. Mövqe seçimi də burda böyük rol oynayır. Bəzi qolları mövqe səhvindən buraxmışam. Artıq belə hallar başıma gəlib. Getdikcə dərk edirəm ki, hansı epizodda harda dayanmaq lazımdır.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı