“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan kubokunun 1/2 final mərhələsində “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Azərbaycan kubokunun ilk oyununda “Neftçi”yə 1:2 hesabı ilə məğlub oldunuz. Bu oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- Maraqlı və gərgin matç oldu. Komandamı göstərdiyi inamlı oyuna görə təbrik edirəm. Yaxşı oyun nümayiş etdirsək də, sonda uduzduq. Ancaq səfərdə 1:2 hesabı məğlub olmaq da pis deyil. Qarşıda cavab qarşılaşması var.
- Bəs o qarşılaşmadan hansı nəticəni gözləmək olar?
- Biz hazırda kubok matçına yox, Premyer Liqada “Bakı” ilə oyuna hazırlaşırıq. Həmin oyundan sonra “Neftçi” ilə qarşılaşmanı fikirləşəcəyik.
- Son zamanlar əvvəlcə hesabda öndə olsanız da, üstünülüyü qoruya bilmirsiz. “İnter”ə qalib gəlsəniz də, həmin matçda iki topluq üstülüyü əldən vermişdiniz. “Neftçi” ilə oyunda isə rəqib son dəqiqələrdə qələbə topunu da vurdu. Bunu arxayınçılıqla əlaqələndirmək olar?
-
“Neftçi” kimi bir rəqiblə oyunda arxayınçılıqdan söhbət gedə bilməz. Biz 1:0 hesabı ilə öndə idik. Oyuna diqtə edən tərəf də biz idik. Amma bir anda elə bil hər şey dəyişdi. Hesab bərabərləşdikdən sonra da başabaş oyun gedirdi. Hər iki komanda hücumlar təşkil edirdi. Biz də qələbə qazana bilərdik, rəqib də qalib gələ bilərdi. Sonda onlar qələbə qazandı. İnşallah, biz də cavab oyuna hazırlaşacağıq.
- Bəs penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?
- Penalti epizodu ilə bağlı bir şey demək istəmirəm. Onsuz da hamı hər şeyi gördü. Ona görə əlavə şərhə ehtiyac yoxdur.
- Demək istəyirsiz ki, verilən qərar düzgün deyildi?
- Mən bu barədə başqa heç nə demək istəmirəm.
- Amma klubunuz saytında “Neftçi”nin hakimin səhvləri ucbatından qələbə qazandığı yazılıb.
- Klubun rəsmi saytı fikir səsləndirə bilər. Ancaq mən bu barədə danışmaq istəmirəm. Biz başımızı aşağı salıb qarşıdakı oyunları düşünürük. Çox vacib oyunlar bizi gözləyir. Ona görə bu cür söhbətlərə vaxtımı sərf etmək istəmirəm.
- Son zamanlar küncdən zərbələri siz yerinə yetirirsiz. Bu hansı zərurətdən yarandı?
- Bunun üzərində çox işləyirik. Elə olur ki, məndə künc zərbələrini yerinə yetirmək yaxşı alınır. Premer Liqada “İnter”lə oyunda mənim künc zərbəmdən sonra Maksim qol vurmuşdu. Bu oyunda da künc zərbələrini yerinə yetirmək mənə tapşırılmışdı. Ancaq ikinci hissədə Vüqar da yerinə yetirirdi. Elə olur ki, Əfran da künc zərbələrini vurur.
- Vüqar Nadirovdan söz düşmüşkən, komanda yoldaşınızdan belə gözəl qol gözləyirdiniz?
-Ümumiyyətlə, Vüqarin uzaqdan zərbələri çox vaxt yaxşı alınır. “Neftçi” ilə oyunda da bu cür gözəl qola imza atdı.
-Bu qolu kubokda vurulan ən gözəl qol hesab etmək olar?
- Olar. İnanıram ki, onun qolu bu mövsümün ən gözəl qollarından biri olacaq.
A.BƏXTİYARLI
Fotolar: pfl.az
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı