“Simurq” klubunun hücumçusu Murad Səttarlının Qol.Az saytına müsahibəsi
-Ötən tur “Neftçi” il oyunda qələbə çox lazım olsa da, rəqibə yenə uduzdunuz. Cari mövsümdə bu komandaya qalib gələ bilməmisiniz. Məğlubiyyətin səbəbi nə oldu?
- Pis təsir bağışlamadıq. Oyunda hər şey edirdik, yalnız son nöqtəni qoya bilmirdik. Bir neçə dəfə yaxşı şanslarımız oldu. Çox təəsüf ki, bu imkanları dəyərləndirə bilmədik. Biz də bilirdik ki, bu oyun çox vacibdir. Həm də “Neftçi”yə bu mövsüm qalib gələ bilməmişdik. Ona görə də meydana yalnız qələbə üçün çıxmışdıq. Oyunda üstün tərəf də biz idik. Ancaq dediyim kimi son nöqtəni qoya bilmədik.
- Öz oyununuzdan razı qaldınız?
- Nəticəni nəzərə almasaq, oyundan razı qaldıq. Amma futbolu nəticəyə görə oynayırlar. Növbəti oyunlarda çalışacağıq ki, əvvəlki oyunumuzu bərpa edək.
- Birinci dövrədə komandanız yaxşı təsir bağışlayırdı. Hətta birinci pilləyə qalxmışdınız. Sonra nə baş verdi ki, komandanız ardıcıl uğursuzluqlara məruz qaldı?
- Birinci dövrədə bir çox komanda bizə üstən aşağı baxırdı. Fikirləşirdilər ki, həmən “Simurq”dur. Çünki əvvəlki illər çempionatı 7-8-ci pillələrdə bitirirdik. Ancaq bu il çox yaxşı kollektivimiz var. Ona görə də oyunlarda sübut etdik ki, “Simurq” həmin “Simurq” deyil. Deməzdim komandada nəsə dəyişib. Sadəcə son oyunlarda qol vura bilmirik. Komandamızın oyunu əvvəlki kimidir. Ancaq birinci dövrədə sanki daha əzmkar oynayırdıq. Hesabda geri olanda belə, hücumlarımızı artırıb hətta qalib gəlirdik. İndi də komandamızda istək var. Ancaq rəqib qapısına yol tapa bilmirik.
- Hakimliklə bağlı nə deyə bilərsən? Oyunda bəzi mübahisəli epizodlar oldu.
- Hakimin bəzi səhvləri oldu. Futbolçumuz Mario Bojiç qapıçı ilə təkbətək qalanda hakim ofsayd qərarı verdi. Amma təkrar kadrlardan da görünür ki, ofsayddan söhbət gedə bilməz. Bundan başqa bir neçə dəfə rəqib qapısına cərimə zəribəsini təyin etmədi. Məğlubiyyəti hakimin üzərinə atmaq istəmirik. Hər bir insanın səhvi olur.
- Növbəti oyunda “İnter”lə qarşılaşacaqsınız. Avrokuboklara getmək üçün bu oyunda qələbə çox vacibdir. Əks halda şansınız çox azalacaq.
- Hər bir oyun kimi “İnter”lə oyuna da ciddi hazırlaşırıq. Rəqib öz meydanında çox güclü təsir bağışlayır. “Neftçi”dən başqa heç bir komandaya öz meydanında uduzmayıb. Topla yaxşı rəfrat edən çox güclü rəqibdir. Çalışacağıq ki, ən azı bir xal qazanaq. Bilirik ki, qələbə çox vacibdir. Çünki məğlub olsaq üçüncü yerdə olan “İnter”lə xal fərqimiz 10-a çatacaq. Belə olsa, gərək onda dördüncü yer uğrunda oynayaq. Avrokuboklara vəsiqə qazanmaq üçün sona qədər vuruşacağıq. Mübarizəni burda dayandıran deyilik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi