Azərbaycanın U-19 millisinin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Artıq UEFA-nın Pro dərəcəsi almısınız. Əvvəlcə bu münasibətlə sizi təbrik edirik.
- Sağ olun. Bu dərəcəni almaq üçün 10 ay məşqçi kurslarında oxumalı olduq. Bu sahənin mütəxəssisləri bizə dərs keçirdi. Bunun Azərbaycanda ilk dəfə keçirilməsi təqdirəlayiq haldır. Əvvəllər bu dərəcəni almaq üçün hansısa ölkədə oxumaq lazım gəlirdi. İndi isə AFFA tərəfindən bu kurslar Azərbaycanda təşkil olunur. Biz də fürsətdən istifadə edib öz bacarığımızı göstərdik və Pro dərəcəsinə nail olduq.
- “Pro”ya Azərbaycanda necə önəm verirlər?
- Hələlik Azərbaycanda buna çox da diqqət yetirmirlər. Amma bütün Avropada heç bir məşqçi yüksək liqada və milli komandada “Pro”suz çalışa bilməz. Azərbaycanda da bu kateqoriyanı almaq üçün kurslar başlayıb. Buna görə də yəqin ki, UEFA tələb qoyacaq ki, artıq Azərbaycanda da güclülər dəstəsində işləyən baş məşqçilərin Pro dərəcəsi olmalıdır.
- Əvvəllər Pro dərəcəsi olmayan mütəxəssislərimiz xarici klublarda ən yaxşı halda köməkçi məşqçi kimi işləyə bilirdi. Bəs indi necə olacaq?
- Pro dərəcəsi hər bir məşqçinin karyerasında zirvə nöqtədir. Bununla artıq hər yerdə işləmək olar. Təki iş olsun (gülür). Bizdə artıq C, B, və A məşqçi kursları keçirilir. Bu böyük bir nailliyətdir. Avropada bel bir qayda var ki, futbolun inkişafında ilk növbədə məşqçilərin maariflənməsi vacibdir. Baş məşqçilər nə qədər savadlı olsalar, onlar öz biliyini futbolçularına aşılamaqla bu idman növünü inkişaf etdirəcəklər. Ona görə də bu kateqoriya çox vacibdir.
- Pro dərəcəsi məşqçilərimizə nə dərəcədə əlavə stimul verir?
- Bu artıq klub rəhbərlərindən asılıdır. Kimlər ki, bu nəticəyə nail olublar, gərək o məşqçiləri klublara cəlb etsinlər. Çünki bu dərəcəini aldınsa, qatlayıb sandıqa qoymamalısan. UEFA-nın da tələbi budur ki, belə məşqçilər hər zaman işləməlidirlər, seminarlarda iştirak etməlidirlər ki, daim öz biliklərini təkmilləşdirsinlər.
- Yeri gəlmişkən, daha öncə Ramiz Məmmədov, Elxan Abdullayev və Yunis Hüseynov kimi məşqçilər də Pro kateqoriyası almışdlar. Lakin indi onlar işsizdirlər.
- Məşqçilər hər zaman belə hallarla rastlaşır. Yunis Hüseynov və Ramiz Məmmədov son vaxtlar işsiz qalıb. Mən də “Neftçi”dən çıxandan sonra bir müddət işsiz qaldım. Ancaq belə məşqçilərə hər zaman tələbat var. Yenə deyirəm, bu cür məşqçilər işsiz qalmamalıdır. Hər zaman fəaliyyətdə olmalıdır. Dediyim kimi, UEFA Avropada olan qaydaları Azərbaycana da tədbiq etsə, dediyiniz məşqçilərin iş problemi olmayacaq.
- Bildiyimizə görə, U-19 millimizin bəzi üzvləri yığma komandaya gəlməkdən imtina edib.
- Bəli, belə bir problem var. Səbəbi isə klubları ilə bağlıdır. Bu futbolçularla bağlı hər dəfə bir problem çıxır. Məsələn, Mirkamil Rəhimlinin klubu “Fənərbaxça” bizə bildirdi ki, onun yaş qrupunda Türkiyədə liqa keçirilir. O da o yarışda iştirak edəcək. Ona görə də klubu onu buraxmırlar. Cem Fələk də belə problem səbəbindən gələ bilmir. Elvin Bədəlov isə "Zenit"dən gələ bilmədi. Bununla bağlı "Zenit"lə razılaşmışdıq. Elvin həm klubunun oyunlarına görə, həm də imtahanları olduğu üçün komandaya qatıla bilmədi. Bunların əvəzinə bir neçə futbolçu cəlb etmək istədik, alınmadı. Bu problemləri çözməyə çalışırıq. Çünki seçim nə qədər çox olsa, yaxşı olar.
- Bu gün öklə kubokunun yarımfinalında “Neftçi” – “Qarabağ” və “Bakı” – “Xəzər Lənkəran” oyunu baş tutacaq. Bu komandalardan hansını finalda görürsünüz?
- Məncə, bu komandalar hamısı bir-birinə layiqli rəqiblərdir. “Neftçi” və “Qarabağ” arasında son oyunlarda yaxşı rəqabətin olduğunu görürük. Komandalar arasında maraqlı intiriqa var. “Neftçi” ilə “Qarabağ”ın şanslarını bərabər dəyərləndirirəm. Digər oyunda “Xəzər Lənkəran”ın ikinci “altılıq”da olmasını, bütün qüvvəsini kubok oyununa saxladığını nəzərə alsaq bir qədər güclü tərəf kimi qiymətləndirmək olar. Ancaq bu komandaların oyunlarının statistikasına baxanda bərabərlik görürük. Həmişə oyunları maraqlı olub. Hansısa komandanın daha çox şansının olduğunu demək çətindir. İlk oyunlardan sonra hansısa fikir söyləyə bilərik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi