“Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə çətin və maraqlı keçən Topaz Premyer Liqada “İnter”lə oyun haqda təəssüratlarını bilmək istərdik.
- “İnter”lə oyuna çox ciddi yanaşırdıq. Rəqibimiz “Bakı” kimi komandanı məğlub edəndən sonra məsuliyyətimiz daha da artmışdı. Doğrudan da gərgin oyun oldu. Hesabda 2:0 öndə olsaq da, rəqib iki qol vura bildi. Şükürlər olsun ki, sonda qələbə topunu biz vurduq və vacib üç xalı qazandıb ikinci yerə yüksəldik.
- Qısa zamanda qapınızdan iki top buraxdınız. Qalib gəldiyiniz üçün bu səhvlərin üstündən keçmək olmaz. Bu, komandanızı məğlubiyyətə də gətirib çıxarda bilərdi.
- Razıyam. Görünür, komanda 2:0-dan sonra bir qədər arxayınlaşdı. Bizdə boşluqlar yaranmışdı. Müdafiədə diqqətsizlik oldu. Qollardan əvvəl də “İnter” bir neçə epizodda qapımız qarşısında təhlükəli vəziyyət yaratdı. Bu da bizə xəbərdarlıq idi ki, müdafiədə daha ciddi oynamalıyıq.
- Birinci qolda özündə səhv görürsən? Müəyyən qınaqlar olur ki, qabağa çıxıb topu uzaqlaşdıra bilərdin.
- Mən özümdə günah görmürəm. Çünki Roşa Fomenkoya ötürməni elə yerə verdi ki, orda mübarizə gedirdi. Maksim Fomenkonu zərərsizləşdirməyə çalışırdı. Mən də fikirləşdim ki, qabağa çıxsam, həm Maksimlə bir-birimizə mane olarıq, həm də rəqib topu başımın üzərindən asanlıqla qapıya göndərə bilərdi. Top ona yaxın idi, özündən çox qabağa buraxmamışdı. Epizodun təkrarına da baxmışam, qapıçılarla işləyən məşqçimiz Elxan Həsənmovla da bu barədə danışmışıq. Bildirib ki, həmin epizodda mənim irəli çıxmağım düz olmazdı. Əgər mən qabağa çıxsaydım və Fomenko topu başımın üstündən qapıya vursaydı, onda deyəkdilər ki, gərək irəli çıxmayaydım. Buraxılan qolu kiminsə üzərinə atmaq düz deyil. Burada komandanın səhvi var idi.
- Son çıxışlarından razı qalırsan?
- Bundan da yaxşı çıxış edə bilərdim. Amma son üç oyuna maksimum nəticə qazanmışıqsa, düşünürəm ki, bu uğurda mənim də payım var. İki oyundur ki, qapını mən qoruyuram. Nəticədən də razı qalmaq olar.
- “Qarabağ” Topaz Premyer Liqada bu mövsüm ən az məğlub olan komandadır. Bu işdə qapıçılar nə dərəcədə rol oynayıb?
- Biz hər bir matçda kollektiv oyun nümayiş etdirirk. Baş məşqçimiz də bizdən bunu tələb edir. Birimiz səhv edəndə digər futbolçu bunu sığortalayır. Düşünürəm ki, bu uğurda bütün kollektivimizin eyni dərəcədə rolu var.
- Qarşıdan “Neftçi” ilə kubok oyununuz gəlir. “Neftçi” sizə ardıcıl üç dəfə məğlub olmağın qisasını almağa çalışacaq. Komandanız rəqiblə keçən oyundakı kimi köklənə bilir qarşılaşmaya?
- “Neftçi son iki ilin çempionudur. Bu il çempionluğa ən yaxın olan “Neftçi”dir. Çünki bizdən üç xal öndədir və liderdir. Bu oyunun əhəmiyyətini, prinsipiallığını bilirik. Bundan əvvəl üç dəfə onlara qalib gəlsək də bu, asan başa gəlməyib. Bilirik ki, bu oyunların ardından kubokda bizi daha gərgin oyunlar gözləyir. Qarşıda çətin oyunlarımız var. Çempion olmağımız çox çətin olacaq. Amma bunu çox istəyirik. Kubok oyununda da “Neftçi”yə qalib gəlmək istəyirik. Çətin də olsa bunu bacararıq.
- “Qarabağ”ın son vaxtlar yaxşı çıxış etməsi bunu deməyə imkan verirmi komanda 2009-2010-cu illər mövsümündəki oyununu bərpa edib? Çempion olmaq istəyən komandanın oyununu nümayiş etdirə bilirsiniz?
- Məncə, artıq oyunumuzu tapmışıq. Qışda yaxşı transferlər etmişik. Onlarda özlərini yaxşı tərəfdən göstərirlər, komandaya köməkləri dəyir. Biz hər oyuna qələbə üçün çıxırıq. Həmişə komandamzın ən yüksək səviyyəli çıxışı üçün çalışırıq. Bəzən bu yaxşı alınır, bəzən də alınmır. Düşünürəm ki, bu gün çempionluğa layiq komandamız formalaşıb.
- Mövsümün sonu “Qarabağ”la müqavilən başa çatır. Fikrin nədir, başqa klub haqda düşünürsən?
- Başqa klublardan elə bir ciddi təklif yoxdur. Neçə ildir “Qarabağ”ın şərəfini qoruyuram. Müqaviləm başa çatanda birinci danışığım “Qarabağ”la olacaq. Çünki bu komandadan getmək istəmirəm.
Ramiq AĞAMƏMMƏDOV
Ançelotti: "Heç kəs mənə bununla bağlı məsləhət verə bilməz"
"Füzuli" - "Saatlı-Araz" matçından - Video
"İnter Mayami" rəsmən yeni baş məşqçisini açıqladı
"Şəki Siti"nin "Dinamo" üzərində qələbəsindən - Video
"Mançester Yunayted" Kvaratsxeliya ilə maraqlanır
"Lerik" - "Kür-Araz" matçında vurulan 6 qol - Video
2-ci liqada 10-cu turun oyunları keçirildi
"Barselona"da daha bir itki
Millimizin Rusiya ilə oyunlarının hakimləri bilindi
30 yaşdan sonra 450 qol
"Neftçi" legioneri ilə yolları ayırdı
Poqbanın qardaşı məhkəmə qarşısına çıxacaq
"Qarabağ"ın prezidentindən iddialı açıqlama
“Karvan” - “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Cüneyt Çakır "Qarabağ"ın oyununa gəlir
Azərbaycanın daha bir millisindən biabırçı nəticə
AFFA Premyer Liqa klublarını cərimələdi
Enrike: "PSJ-nin ÇL-dəki nəticələri ədalətsizdir"
"Arsenal"ın sabiq futbolçusuna silahlı hücum etdilər
Miçel bütün həmkarlarını qabaqladı
"Qarabağ" - "Lion" oyununun hakimləri açıqlandı
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
ÇL-in oyunları bu kanallarda
La Liqada ayın ən yaxşısı açıqlandı
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
Mustafayevin komandasından heç-heçə
Belarusda çempion müəyyənləşdi
“Trabzonspor” autsayderi darmadağın etdi
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video