“Çempionat sona yaxınlaşdıqca oyunlara daha ciddi hazırlaşmğa məcburuq. Sevindirici haldır ki, bütün futbolçularımız bir yerdə məşq edir. Zədəli futbolçumuz yoxdur. Hamımız oyuna hazırıq. Bizi necə çətin oyun gözlədiyini dərk edirik”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev Topaz Premyer Liqanın 26-cı turunda sabah “İnter”ə qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.
“Hamı bilir ki, “İnter” müdafiə futbolu oynayır. Bu komandanın müdafiəsini yarmaqda çətinlik çəkəcəyik. Amma bu oyunda bizə üç xal çox lazımdır. Ona görə nə qədər çətin olsa da, ənənəvi oyunumuzla – hücum futbolu ilə rəqibə qalib gəlməliyik” – deyə o qeyd edib.
M. Medvedyev sabahkı oyunda bir xal haqda düşünmədiklərini bidirib: “Biz çempion olmalıyıq. Ona görə də qarşıdakı bütün oyunlarda ancaq qalib gəlməyi düşünməliyik. “İnter”lə oyunda da bizi heç-heçə yox, ancaq qələbə qane edər”.
“İnter” haqda da danışan futbolçu rəqibin yalnız komanda şəklində oyununu bəyəndiyini deyib: “Demək olmaz ki, “İnter”in hansısa futbolçusu fərdi şəkildə güclüdür. Hamısı ortabab oyunçulardır. Ancaq komanda şəklində yaxşı təsir bağışlayırlar. Eyni heyətlə oynayırlar. Komanda tam formalaşıb və bir-birini yaxşı başa düşür. Sürətli futbolçularının sayəsində yaxşı əks-hücumlar qururlar. Doxsan dəqiqə ərzində rəqibin bu taktikasını nəzərə almalıyıq. Bizim komandamızın gücü də hamıya bələddir. “Neftçi” ilə oyundakı kimi oynasaq, “İnter”ə qalib gəlmək çətin olmayacaq”.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil