“Qəbələ” klubunu yarımmüdafiəçisi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi
- Ramiz Məmmdədovun gedişindən sonra yeni məşqçi ilə “Qəbələ”də hansısa dəyişiklik hiss olunur?
- Elə həmin futbolçularla oynayırıq. Komandada elə bir dəyişiklik olmayıb. Sadəcə yeni məşqçinin istifadə etdiyi başqa sistem var. Komandamız çalışır ki, o sistemə uyğunlaşsın.
- Yəqin ki, sonuncu turda “Simurq”la oyunda bu sitemdən istifadə etdiniz.
- Bəli. Oyunumuzda fərq var idi.
- Nə dərəcədə özünü doğrultdu?
- Məşqçimizin komandayla birinci oyununu nəzərə alsaq, pis oynamırdıq. Topa nəzarət bizdə idi, təhlükəli epizodlar yaradırdıq. Rəqib isə qapımızda zərbə vura bilmirdi. Təəssüflər olsun ki, sonda qol buraxdıq. Oyunumuz göz qabağındadır.
- Yeni məşqçiniz Luis Araqonla münasibətləriniz necədir?
- Çalışır ki, məşqçi postunda olduğu vaxt komandanı yaxşı yerə doğru aparsın. Komandanı bu uğusuz seriyadan çıxarmaq istəyir. Hamı ilə münasibətləri qaydasındadır. Heç bir futbolçu ilə problemi yoxdur.
- Son zamanlar “Qəbələ”də legionerlərin intizamsızlığından danışılır. Komandada bu kimi problemlər var?
- Komandada işlər qaydasında getməyəndə hansısa söz-söhbət olur. Bəlkə də belə hal baş verib. Amma mən heç bir futbolçudan intizamsızlıq görməmişəm.
- “Simurq”la oyunda zədələndin. Növbəti oyuna çıxa biləcəksən?
- Bu gün səhər məşqdə oldum. Amma məşqi yarımçıq tərk etməli oldum. Baldırımda ağrı hiss etdiyimdən həkimlər məşqdən çıxmağımı məsləhət bildilər. Hələ ki, ayağımda ağrılar var. Amma istəyirəm ki, qarşıdakı oyunda meydanda olum, komandama kömək edim. Oynamağım həkimlərin qərarından asılıdır.
- Avrokuboklara düşmək şansızın qaldığını düşünürsən?
- Bilirik ki, şansımız çox azdır. Buna da özümüz etmişik. Çünki, qış fasiləsinə qədər həm çempionatda, həm də kubok oyununda şansımız çox idi. İndisə bir faiz şansımız olsa belə, çalışacağıq ki, ondan istifadə edək. Axıra kimi mübarizə aparacağıq.
- Özün dediyin kimi qış fasiləsinə qədər komandanızda hər şey yaxşı idi. Bütün komandalara təhlükəli rəqib hesab olunurdunuz. Nə baş verdi ki, birdən-birə komandada geriləmə oldu, ardıcıl məğlub oldunuz?
- İndiyənə qədər bizə də qaranlıq qalıb ki, komandada nə baş verdi ki, belə uğusuzluq oldu. Bilmirəm. Bu məsələ mənə də çatmır. Komandada hansısa problem olmadı ki, deyim futbolçuların öz aralarında və ya məşqçi ilə narazılığı oldu. Əsaslı bir səbəb yoxdur.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi