“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 25-ci turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra yaşanan hadisələrlə əlaqədar Qol.Az saytının suallarını cavablandırıb
- Hazırda “Neftçi” – “Qarabağ” matçının özündən daha çox, görüşün hakimliyi müzakirə edilir. Bəs siz hakim idarəçiliyi haqda nə deyə bilərsiniz?
- Hakim oyunu nomral idarə etdi. Bizim də lehimizə və əleyhimizə qərarları oldu, “Qarabağ”a qarşı səhvlərə yol verdi. Belə oyunlarda səhvlərin olması normaldır. Çünki çox gərgin mübarizə gedirdi. Fikirləşirəm ki, layiqli qələbə qazandıq.
- Ancaq “Neftçi” layiqli qələbə qazandığınızı düşünmür.
- “Neftçi”nin bizim qələbəyə kölgə salmağı məni çox təəssüfləndirdi. Bir faktı qeyd edəcəm, çox danışmayacağam. Çünki bu haqda danışmamağa söz vermişik. Başımızı aşağı salıb, işimizə davam etməyə qərar vermişik. Hansı qərar verməsindən asılı olmayaraq, biz heç vaxt hakim haqqında danışmamışıq. Amma onu xatırlatmaq istəyirəm ki, Rəhim Həsənov o hakimdir ki, keçən il “Neftçi” ilə oyunun 93-cü dəqiqəsində, hesab 1:1 olarkən bizim qapımıza mübahisəli penaltı təyin etmişdi. Nəticədə “Neftçi” qələbə qazandı. Amma həmin oyundan sonra heç birimiz - nə futbolçular, nə məşqçilər, nə də rəhbərlik “Neftçi”nin qələbəsinə kölgə saldıq. Matçdan sonra onları bu qalibiyyət münasibətilə təbrik də etdik. Amma bir daha deyirəm, bu dəfə bizim qələbə qazanmağımızdan sonra “Neftçi”nin etdiyi hərəkətlər məni çox məyus etdi.
- Yeri gəlmişkən, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Qarabağ”a təbrik düşmür” fikrinə münasibətini bilmək maraqlı olardı.
- “Neftçi”də dostlarım, yaxınlarım çoxdu. Neçə illər o komandada oynamışam. Bu komandanın özünə və azarkeşlərinə böyük sevgim var. Ona görə çox danışa bilmirəm. Çünki mən əldə etdiyim uğurlara görə, “Neftçi”yə çox borcluyam. Amma bu qədər danışılacaq, bu qədər etiraz ediləcək heç nə olmayıb. “Qarabağ”la “Neftçi” arasındakı oyunlarda bizə qarşı çox haqsızlıq olub. Ancaq biz heç vaxt bunu belə qabartmamışdıq.
- “Neftçi” qapılarına təyin olunan penalti epizoduna daha çox etiraz edir. Həmin an meydançada olan futbolçu kimi bu haqda nə deyə bilərsiniz?
- O epizodda rəqib futbolçu Reynoldonu arxadan çəkirdi. Onu tuturdular. Penaltini hakim verdi. Sizi inandırım ki, həmin oyunda istənilən komandanın cərimə meydançasında beş belə epizod olsaydı, hakim penalti verərdi. Ancaq mən bu qədər aqressiv hərəkətləri başa düşə bilmirəm.
- “Qarabağ” bu mövsüm “Neftçi”yə üç oyunda qalib gəlib. Bəlkə Böyükağa Hacıyev məğlubiyyətini həzm edə bilmir?
- Mən bu haqda danışmaq istəmirəm. Elə olub ki, bizim matçlarda rəqib qapısına penalti verilməyib, qırmızı vərəqə göstərilməyib. “Neftçi” ilə matçda penalti 35-ci dəqiqədə verildi, qarşıda 65 dəqiqəlik oyun var idi. Bir daha deyirəm, bu məsələ bu qədər şişirdilməməlidir.
- Son müsahibənizdə demişdiniz ki, avrokuboklara vəsiqə qazanmaq üçün oynayırsınız. “Neftçi” üzərindəki qələbədən sonra çempionluğa oynamaq olar?
- Biz şəxsən futbolçular çempionluq haqqında fikirləşmirik. Çünki ancaq çempionluğu düşünmək oyunumuza mane olur. Biz yalnız hər matçda üç xal qazanmaq maraqlandırır. Qarşıda “İnter”lə oyunumuz gəlir, hazırda fikrimizi bu matça yönəltmişik. Bundan sonra isə “Neftçi” ilə kubokdakı oyunumuzu düşünəcəyik. Biz yalnız bu cür uğur ələdə edə bilərik.
- Yeri gəlmişkən, “Neftçi” ilə kubok oyunlarından nə gözləyirsiniz?
- Biz yalnız oyunu və azarkeşləri düşünürük. Çox gərgin oyun olacaq.
Aysel BƏXTİYARLI
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi