“Neftçi” “Qarabağ”a hansı münasibəti göstərir, göz qabağındadır. Oyun keçirilən stadionun Avropanın ən yaxşı meydanlarından biri olduğunu yəqin ki, bütün Azərbaycan gördü. Ölkə futbolunu Avropada layiqli təmsil edən “Neftçi” ilə Azərbaycanın ən yaxşı komandalırından olan “Qarabağ”ın oyunu maraqla gözlənilirdi. Bu komandalar ölkəmizdə ən baxımlı oyun sərgiləyənlərdəndir. Oundan sonra da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bildirdi ki, ölkənin ən güclü komandasına qalib gəldik. Bu, bir daha “Neftçi”nin gücündən xəbər verir”.
Bu sözləri Qol.Az saytının müxbirilə söhbətində “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqanın 25-ci turunda “Neftçi” – “Qarabağ” oyunundan (1:2) sonra yaranmış qalmaqallar haqqında danışarkən deyib. O bildirib ki, matçın baş hakimi Rəhim Həsənov bu iki komandanın oyun səviyyəsinə uyğun gəlməyib nəticəyə təsir edən səhvə yol verib: “Hakim azarkeşlərin daha maraqlı oyun izləməsinə imkan vermədi. Fikrimiz qətidir ki, hakim oyunun nəticəsinə təsir edən səhvlərə yol verdi. Biz heç vaxt hakimlərlə bağlı ciddi irad bildirməmişik. Çünki öz oyunumuzu oynayırıq. Bu turda məğlub olduğumuza baxmayaraq, yenə də birinci yerdəyik. Sadəcə, bunu ona görə vurğulayırıq ki, gələn oyunlarda hakimlər belə səhvlər etməməlidir və “Neftçi”yə qarşı bu kampaniyaya son qoyulmalıdır”.
T.Süleymanov “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin Qol.Az saytına verdiyi son müsahibəyə də münasibət bildirib: “Əmrah Çəlikəlin sizin sayta verdiyi müsahibəni oxudum. Özü də bildirir ki, “Neftçi” rəhbərliyi “Qarabağ”ı çox yüksək səviyyədə qarşılayıb. Amma oyun ərzində rəqib komanda azarkeşlərindən yersiz şüarlar eşidirdik. Biz heç Quzanlıdakı oyunlarda belə halla üzləşməmişdik. Oradakı oyunlarda həmişə “Qarabağ” azarkeşlərindən hörmət görmüşük”
T. Süleymanov “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin “Neftçi” “Qarabağ”ın uğuruna kölgə salır” fikrinə də münasibət bildirib: Əmrah Çəlikəl “Qarabağ”ın oyunlarını Quzanlıda keçirməməklə özü komandaya kölgə salır. Bu barədə düşünsələr, daha yaxşı olar. Bizim hələ “Qarabağ”la üç oyunumuz var: ikisi kubok, biri çempionat oyunu. İnşallah, aprelin 17-də “Qarabağ”la öz meydanımızda oyunumuz var. Yəqin ki, Əmrah Çəlikəl həmin oyunda “Neftçi”nin hansı səviyyədə olduğunun əyani şahidi olacaq. Biz heç bir kluba imkan vermərik ki, “Neftçi”ni ittiham etsin. “Qarabağ”ın “Azərsun”un komandasına çevrilməsini onlara yaraşdırmıram”.
Klub rəsmisi “Nefçi”nin baş məşqçisi Böyükağa Hacıyevin oyundan sonra mətbuat konfransında “Belə oyunla “Qarabağ”a təbrik düşmür” sözlərinə də münasibət bildirib: “Böyükağa müəllim “Qarabağ”a qarşı belə fikir səsləndirmək istəməyib. O, hakimlərin qərarlarına etirazını bildirib. Biz həmişə “Qarabağ”a hörmətlə yanaşmışıq. Komandanın oyununa heç bir sözümüz yoxdur. Bizim etirazımız oyunda baş verən hakim qərəzinədir. Necə olur ki, “İnter”lə oyunda adi epizodda Rəşad Sadiqova ikinci sarı vərəqə verilir. Amma bu oyunda Əfran İsmayılov, Qara Qarayev, Riçard Almeyda ikinci sarı vərəqə ilə meydandan çıxarılmalı idilər. Böyükağa müəllimin də fikri bu yönümdə olub. Bunu başqa səmtə yönəltmək lazım deyil. Oyun başalayan kimi rəqib futbolçusun Flavinyoya qarşı çox kobud oynamasına baxmayaraq, hakimin buna göz yummasını görəndə biz bildik ki, hakim stənilən hərəkətə yol verəcək ki, “Neftçi”nin qarşısını kəssin. Çox təəssüf ki, protokolda “Qarabağ” azarkeşlərinin oyunun əvvəlindən sonuna qədər meydana kənar əşyaların atması hakim tərəfindən qeyd olunmayıb. Halbuki “Neftçi” azarkeşlərinn belə hərəkətləri protokolda qeyd edilib. Bu, hakimin oyundan sonra da öz əməllərindən əl çəkməməsini göstərir. Hər kəs bilsin ki, son üç ildə Azərbaycan futbolunun flaqmanı “Neftçi”nin qarşısını kimsə ala bilməz. Tam əminliklə sizə bildirirəm ki, çempionatın sonunda “Neftçi”nin üçüncü çümpionluğunu bütün Azərbaycan görəcək”.
Ramiq AĞAMƏMMƏDOV
Ançelotti: "Heç kəs mənə bununla bağlı məsləhət verə bilməz"
"Füzuli" - "Saatlı-Araz" matçından - Video
"İnter Mayami" rəsmən yeni baş məşqçisini açıqladı
"Şəki Siti"nin "Dinamo" üzərində qələbəsindən - Video
"Mançester Yunayted" Kvaratsxeliya ilə maraqlanır
"Lerik" - "Kür-Araz" matçında vurulan 6 qol - Video
2-ci liqada 10-cu turun oyunları keçirildi
"Barselona"da daha bir itki
Millimizin Rusiya ilə oyunlarının hakimləri bilindi
30 yaşdan sonra 450 qol
"Neftçi" legioneri ilə yolları ayırdı
Poqbanın qardaşı məhkəmə qarşısına çıxacaq
"Qarabağ"ın prezidentindən iddialı açıqlama
“Karvan” - “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Cüneyt Çakır "Qarabağ"ın oyununa gəlir
Azərbaycanın daha bir millisindən biabırçı nəticə
AFFA Premyer Liqa klublarını cərimələdi
Enrike: "PSJ-nin ÇL-dəki nəticələri ədalətsizdir"
"Arsenal"ın sabiq futbolçusuna silahlı hücum etdilər
Miçel bütün həmkarlarını qabaqladı
"Qarabağ" - "Lion" oyununun hakimləri açıqlandı
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
ÇL-in oyunları bu kanallarda
La Liqada ayın ən yaxşısı açıqlandı
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
Mustafayevin komandasından heç-heçə
Belarusda çempion müəyyənləşdi
“Trabzonspor” autsayderi darmadağın etdi
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video