“Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin Qol.Az saytına müsahibəsi
- “İnter”lə oyunda zədə səbəbindən meydana çıxa bilmədin. İndi durumun necdir?
- Fərdi məşqlərə başlamışam. Rahat qaça bilirəm. O qədər də ağrımıram. Sadəcə, topla hərəkətlər edəndə zədəm bir az incidir. Çox güman ki, qarşıdakı “Qarabağ”la oyunu da buraxacağam. Amma növbəti oyunlarda tam hazır olacağam.
- “İnter”lə matça kənardan baxsan da, bu oyun haqda fikirlərini bilmək istərdik.
- Çox baxımlı, gözəl futbol oldu. Hər iki tərəf yüksək səviyyədə çıxış etdi. Komandamız isə çox əzmkar idi. Oyuna baxanda ürəyim açıldı ki, mənim komandam belə futbol oynayır. Bunu meydanda olanda o qədər hiss etmək olmur. Qıraqdan hər şey daha aydın görünür. Qırmızı vərəqə alsaq da, Allahın köməkliyi ilə əziyyətimiz yerdə qalmadı. Əzmkarlığımızın sayəsində vacib qələbə qazandıq.
- Araz Abdullayevin başına gələn hadisə komandanıza necə təsir edib? “İnter”lə oyunda bunun komandanıza elə də problem yaratmadığını gördük.
- “Neftçi” bizim ikinci ailəmizdir. Kiminsə dırnağına belə bir şey olsa, hamımızın ürəyi yanar. Bəli, bizə çox pis təsir etdi. Ancaq neyləmək olar. Belə hadisədən heç kim sığortalanmayıb. “Neftçi” elə komandadır ki, hətta oyuna bir saat qalmış hansısa xoşagəlməz hadisə baş versə, biz meydanda qələbə əzmi ilə mübarizə apararıq. Oyunda hər şey yaddan çıxmalıdır. Bir komanda olaraq toparlanmağı yaxşı bacarırıq.
- Qış fasiləsindən sonra komandanın heyətində çox az yer alırsan. Bunu nə ilə izah edə bilərsən?
- Mən start heyətində yerimi itirdim. Səbəb isə odur ki, mən getmişdim “Dinamo”ya. Uzun müddət “Neftçi”dən uzaq düşdüm. Klubun təlim-məşq toplanışında iştirak etmədim. Mənim mövqeyimdə Arazı oynatdılar. Əgər məşqlərdə Araz əziyyət çəkib bu yerdə özünü göstəribsə, o oynamalıdır. Bütün yoldaşlıq görüşlərində iştirak edən futbolçulara şans verilməlidir. Mənim sonradan gəlib əsas heyətin oyunçusuyam deməyim düzgün olmazdı. Amma sevinirəm ki, mənim yerimə legioner yox, Araz oynayır. İnşallah, əsas heyətə düşməyə çalışacağam. Təzədən bu yeri qazanmaq üçün özümü sübut etməliyəm. Bizim qarşıda çempionluğumuz var. Belə olsa, Çempionlar Liqasında oyunlarımız olacaq. Onda Azərbaycan xalqı, “Neftçi” azarkeşləri Cavidi yenidən əvvəlki kimi görəcəklər.
- İndi milli komandaya çağırılmamağının səbəbini “Neftçi”nin əsas heyətinə düşməməyinlə bağlamaq olar?
- Məncə, yox. Belə başa düşürəm ki, səbəb “Simurq”la oyunda altı oyunluq cəzalanmağım oldu. Çünki yadınızdadırsa, Elnur Allahverdiyevin də başına belə hadisə gəlmişdi. Berti Foqts onu da heyətdən çıxartmışdı. Bu, mənim fikrimdir. Bəlkə də başqa səbəb var. Amma bu hadisə baş verəndən sonra məni çağırmadı. Halbuki ondan qabaq çağırmışdı.
- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Çempionluq oyunu kimi qiymətləndirilən bu matça bir sıra itkilərlə çıxacaqsınız. Çətin olmayacaq?
- Bu gün “Neftçi”də əvəzedilməz futbolçu yoxdur. Araz, Cavid, Bertucci yoxdursa, onları layiqincə əvəz edə biləcək futbolçular var. Rəşad Sadiqovun yoxluğu biraz özünü göstərə bilər. Çünki təcrübəlidir, mövqeyində onu əvəzləyə biləcək futbolçu azdır. Bəlkə də Rəşadı əvəz edə bilməzlər. Amma məni və Arazı əvəz etmək olar. Çünki “Neftçi”nin ehtiyat qüvvəsi elə vəziyyətdədir ki, hər an istənilən futbolçunu əvəz edə bilir. Yəni komandamız tam formalaşıb.
- Rəqibinizi necə qiymətləndirirsən?
- “Qarabağ”ın çox gözəl oyunu və futbolçuları var. İnanıram ki, gözəl də futbol göstərəcəklər. İki baxımlı komandanın oyunu olacaq. Bu oyun “İnter”lə oyundan da baxımlı olacaq. Ən xoşuma gələn komandalar “İnter”, “Qarabağ” və AZAL-dır. “Qarabağ” maraqlı oyun nümayiş etdirir. Rəqibə də oynamağa imkan verir. Bununla belə topu özündə saxlamağı da bacarır.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi