“Qəbələ” klubunun kapitanı Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Baş məşqçiniz Ramiz Məmmədovun istefaya göndərilməsinə bir kapitan kimi münasibətin necədir?
- Mən heç vaxt yerli məşqçilərin komandadan getməyini istəməmişəm. Həmişə yerli məşqçiləri tərifləmişəm. Bütün uğurlarım yerli məşqi ilə olub. Son məğlubiyyətlərdən sonra rəhbərlik belə qərar verdi. Bizə aid olan məsələ deyil. Klub rəhbərliyi iclas keçirdi, bizə bu haqda məlumat verdilər.
- Belə başa düşdük ki, bundan sonra da yeni məşqçinin yerli olmağını istəyirsən?
- Əlbəttə. Çünki yerli məşqçi Azərbaycan futbolunu daha yaxşı bilir. Xarici məşqçi də olsa, gərək heç olmasa Kaxaber Sxadadze kimi futbolumuzu bilən biri olsun. Qıraqdan gələn məşqçinin öz fikirləri, öz taktkası olacaq. Futbolçuları tanımır. Bunlar hamısı vaxt aparan şeydir. Bizim də vaxtımız yoxdur. Xarici baş məşqçi gərək mövsümün əvvəlindən işə başlayıb komandasını özü yığsın. Hansı məşqçinin gətirilməsi rəhbərliyin işidir. Ancaq mən yerli məşqçinin tərəfdarıyam.
- Ramiz Məmmədovu istefasının səbəbini uğusuzluqla bağlayırlar. Bu uğursuzluğun səbəbini baş məşqçidə, yoxsa futbolçularda görürsən?
- Əvvəllər bizdə vəziyyət yaxşı idi. Hətta çempionluğa da oynaya bilərdik. Sonra AZAL-a böyükhesablı məğlubiyyətdən sonra “İnter” və “Qarabağ”a da uduzduq. Rəhbərlik bunları səbəb gətirdi. Hər şeyə görə futbolçular məsuliyyət daşımalıdır. Düzdür, baş məşqçi hər şeyə cavabdehdir. Amma futbolçular da özündə məsuliyyət hiss etməlidir ki, mən komanda üçün neyləmişəm? Buna görə də təkcə Ramiz müəllimi günahlandırmaq dügün deyil.
- Belə bir vaxtda istefa qərarı nə dərəcədə düzgündür?
- Biz də bilmirik. Fikirləşirik ki, necə olacaq? Bu vaxt baş məşqçinin getməyi oyunçularda da çaşqınlıq yaradıb. Yeni gələn baş məşqçinin fərqli oyun sistemi olacaq. Hər şey ola bilər. Məsələn, bəlkə o məni əsas heyətə salmadı və yaxud da bugünədək ehtiyatda qalan futbolçunu start heyətdə meydana buraxdı. Bu baxımdan komandada hansısa dəyişikliklər olacaq. Ancaq rəhbərliyin qərarına qarışa bilmərik. Qərarın düzgün olub-olmadığını zaman göstərəcək.
- Avrokuboklara düşmək şanslarınızın itdiyini söyləmək olar?
- Biz başa düşürük ki, çox cüzi şansımız var. Bütün oyunlara ancaq qələbə qalib gəlməliyik. Futbolçular bunu dərk etməlidir. Mən bu kluba nəticə üçün gəlmişdim. Avrokuboklara düşmək istəyim çox idi. Bunun üçün axıra qədər mübarizə aparacam.
- Komandamızda səviyyəli hücumçular olsa da, üç oyundur ki, qalib gələ bilmirsiniz. Bu, komandada ciddi nöqsanların olmağından xəbər vermir?
- Mediada həmişə “Qəbələ”nin hücumçuları təriflənir. Ancaq hücumçu onda yaxşı olar ki, qol vursun. Bunun üçün də hücumçuya dəstək gəlməlidir. Təkbaşına qol vurmaq çətindir. Bəzən mən qabağa çıxıram, nəsə etməyə çalışıram, bu da qurulmuş bir hücuma oxşamır. Mən başqa klublarda çıxış edəndə orda bütün hücumçulardan həmişə təhlükə gözlənilirdi. “Qəbələ”də isə hücumçular təriflənsə də, qol vurmurlar. Kollektiv oyun alınmayanda hansısa futbolçu öz ustalığını göstərib qol vurmalıdır. Əgər hücumçu təriflənirsə, gərək oyunu öz üzərinə götürsün, komandasının vacib qolunu vursun. Mən bunu “Neftçi”də çıxış edəndə çox etmişəm.
- Səni həmişə cinahlarda görürdük. “Qarabağ”la oyunda isə mərkəzdə çıxış edirdin, buna görə də oyunun yaxşı alınmırdı.
- Bəli. Bu, mənim heç vaxt çıxış etmədiyim mövqe idi. Ramiz müəllim xahiş etmişdi ki, mərkəzdə oynayım. Həmin mövqedə oynamasam da, çalışırdım ki, hücumların qurulmasında yaxından iştirak edim. Hamı bilir ki, həmişə sağ cinahda yaxşı çıxış etmişəm. “Qarabağ”la oyunda isə belə lazım idi. Baş məşqçi bir oyunluq oynamağımı istəmişdi.
Ramiq AĞAMƏMMƏDOV
Ançelotti: "Heç kəs mənə bununla bağlı məsləhət verə bilməz"
"Füzuli" - "Saatlı-Araz" matçından - Video
"İnter Mayami" rəsmən yeni baş məşqçisini açıqladı
"Şəki Siti"nin "Dinamo" üzərində qələbəsindən - Video
"Mançester Yunayted" Kvaratsxeliya ilə maraqlanır
"Lerik" - "Kür-Araz" matçında vurulan 6 qol - Video
2-ci liqada 10-cu turun oyunları keçirildi
"Barselona"da daha bir itki
Millimizin Rusiya ilə oyunlarının hakimləri bilindi
30 yaşdan sonra 450 qol
"Neftçi" legioneri ilə yolları ayırdı
Poqbanın qardaşı məhkəmə qarşısına çıxacaq
"Qarabağ"ın prezidentindən iddialı açıqlama
“Karvan” - “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Cüneyt Çakır "Qarabağ"ın oyununa gəlir
Azərbaycanın daha bir millisindən biabırçı nəticə
AFFA Premyer Liqa klublarını cərimələdi
Enrike: "PSJ-nin ÇL-dəki nəticələri ədalətsizdir"
"Arsenal"ın sabiq futbolçusuna silahlı hücum etdilər
Miçel bütün həmkarlarını qabaqladı
"Qarabağ" - "Lion" oyununun hakimləri açıqlandı
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
ÇL-in oyunları bu kanallarda
La Liqada ayın ən yaxşısı açıqlandı
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
Mustafayevin komandasından heç-heçə
Belarusda çempion müəyyənləşdi
“Trabzonspor” autsayderi darmadağın etdi
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video