"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanovun Qol.Az saytına müsahibəsi
- “Neftçi”də ümumi vəziyyət necədir?
- Bilrsiniz ki, “Neftçi” artıq üç mövsümdür ki, stabil oyununu qoruyub saxlayır. Ardıcıl iki ildir ki, ölkə çempion olur və Avroliqda tarix yazan komandadır. İndi isə liderliyini qoruyur. Çempionatın bitməsinə səkkiz tur qalmış ikinci pillədə olan “İnter”dən dörd xal öndədir. Təbii ki, hədəfimiz yalnız çempionluqdur.
- Topaz Premyer Liqanın 24-cü turunda "Neftçi"nin “İnter”ə qalib gəldiyi oyun haqda fikirlərinizi bilmək istərdik.
- Məlum səbəbdən komandada psixoloji vəziyyət yaxşı deyildi. Baş vermiş bədbəxt hadisədə dünyasını dəyişmiş şəxsə bir daha allah rəhmət eləsin deyirik. Bu gün mərhumun üçü idi. Klub rəsmiləri ilə birlikdə məclisdə iştirak edirdik. Əlimizdən gələn maddi, mənəvi dəstəyi edib, ordan birbaşa oyuna gəlmişik. Komandada psixoloji durum bəlli idi. Bertucci, Cavid və Arazın oynamamasına baxmayaraq komandamız hansı gücə sahib olduğunu göstərdi. Rəqib meydançasında oynasaq da, hücum futbolu sərgilədik. “Neftçi” həmişə hücum futbolu oynayıb. Oyunun ikinci hissəsində əsas futbolçularımızdan biri, kapitanımız Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq oyundan çıxdı. Buna baxmayaraq, əsas rəqiblərimizdən olan “İnter” üzərində qələbə qazandıq.
-Oyundan sonra “Neftçi”nin qapıçısı Saşa Staminkoviçlə rəqib futbolçu arasında münaqişə yarandı. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik.
- Ola bilər ki, rəqib futbolçu Staminkoviçə qarşı təhqiredici söz işlədb. Futbolda belə şeylər olur. Oyunun sonunda gərginlik artmışdı. Çox ağır oyun idi. Çempionluq oyunu kimi qiymətləndirmək olar. Futbolçularımızın bir qədər emosiyalara qapılmağı ondan irəli gəldi ki, kapitanımız Rəşad Sadiqov adi epizodda ikinci sarı vərəqə alaraq oyundan çıxdığı halda, beş dəqiqə sonra Vobaya qarşı “İnter”in futbolçusu Georgiyevski kobudluq etsə də, hakim ona ikinci sarı vərəqə göstərmədi. Bu bir daha onu sübut edir ki, “Neftçi” yoluna öz gücü ilə davam edir. Çempionluğa iddialı rəqibə 10 nəfərlə qalib gələ bildik. Sona qədər geri çəkilmədik.
- Araz Abdullayevin məsələsi nə yerdədir?
- “Neftçi” futbol klubu olaraq, zərərçəkmişlərin ailəsinə mənəvi dəstək oluruq və olacağıq. Bu məslələr klub prezidenti cənab Sadıq Sadıqovun nəzarətindədir. Klub rəsmiləri də həmin hadisə baş verəndən o ailələrin yanındadır. Müvafiq orqanlar bu məsələni araşdırırlar, ilkin ifadələr verilib. Hadisənin şahidləri də bildirib ki, Arazın maşınını “Porşe” markalı avtomobil sıxaraq bu hadisənin törənməsinə səbəb olub. Çox təəssüf ki, Azərbaycanda belə hadisələr çox baş verir. Hələlik araşdırma gedir. Proses başa çatmamış kimisə günahlandırmaq olmaz.
- Arazın növbəti oyunlarda meydana çıxacağı gözlənilir?
- Hal-hazırda bu məsələ araşdırılır. Arazın özü və ailəsi şokdadır. Ona görə də onun oynamsı haqda hələ ki, bir söz deyə bilmərik. Bu məsələ ancaq Arazın üzərində dayanmamalıdır. Məsələnin səbəbləri araşdırılmaldır ki, belə halların baş verməsinin qarşısı alınsın. Bir məsələyə də toxunmaq istəyirəm günorta vaxtı işçiləri küçələrə sürükləyib işlədən idarələr də bu məsələdə cavabdeh olmalıdır. Həmişə görmüşük ki, bu tipli işçilər gecə növbəsində və yaxud yolda maşınların az olduğu vaxtda işlərini görürlər. Ona görə də onlar da ən azı mənəvi cəhətdən məsuliyyət daşıyırlar ki, nəyə görə maşınların yolda gur vaxtı işçilərini işləməyə vadar edirlər. Burda məsələlər çoxşaxəlidir. Bizim də istəyimiz odur ki, proses obyektiv olaraq araşdırılsın. Nobel prospektində belə hadisələr çox tez-tez baş verir. Demək olar ki, ayda 2-3 dəfə belə hadisələrin şahidi oluruq.
- Komandanız bir sıra ciddi itkilərlə üzləşib. Araz Abdullayev, Cavid İmamverdiyev, Bruno Bertucci, Rəşad Sadiqovun yoxluğu növbəti oyunda çətinlik yaratamayacaq?
- Futbolçularımızın hər biri har an bir-birini əvəzləməyə hazırdır. Bunu futboçularımız əyani şəkildə sübuta yetiriblər. Komandamız 11 nəfərdən ibarət deyil. Əgər Bahadur Nasimov zədələndisə, onu Kanales əvəzləyir. Bahadur da özünə gəlmək üzrədir. Bertucci və Tərlan Quliyevin yoxluğunda Elvin Tunuszadə onları əvəzlədi. Növbəti oyunda Rəşad Sadiqov olmayacaq. Onu da əvəzləyən layiqli futbolçularımız var. “İnter”lə oyunda Araz Abdullayevi Mirhüseyn Seyidov layiqincə əvəzlədi. Meydana sonradan daxil olan Emin Mehtiyev də layiqincə oynadı. Hər bir iddialı klub belə vəziyyətdə yol tapmalıdır, hansısa futbolçunun yoxluğunda klub ziyan çəkməməlidir. İstər məşqçilər korpusu, istərsə də futbolçular bundan şikayətçi olmamalıdır. İddialı klubun böyüklüyü ondadır ki, istənilən çətin vəziyyətdə meydana çıxıb öz baxımlı oyununu nümayiş etdirə bilsin. “Neftçi” Azərbaycan çempionatında bunu edir və öz yolunu davam etdirir. Baş məşqçi Böyükağa Hacıyevə də klub adından öz minnətdarlığımızı bildiririk ki, belə çətin vəziyyətdə komandanı oyuna yaxşı hazırlaya bildi və layiqli qələbə qazandıq.
Ramiq AĞAMƏMMƏDOV
Ançelotti: "Heç kəs mənə bununla bağlı məsləhət verə bilməz"
"Füzuli" - "Saatlı-Araz" matçından - Video
"İnter Mayami" rəsmən yeni baş məşqçisini açıqladı
"Şəki Siti"nin "Dinamo" üzərində qələbəsindən - Video
"Mançester Yunayted" Kvaratsxeliya ilə maraqlanır
"Lerik" - "Kür-Araz" matçında vurulan 6 qol - Video
2-ci liqada 10-cu turun oyunları keçirildi
"Barselona"da daha bir itki
Millimizin Rusiya ilə oyunlarının hakimləri bilindi
30 yaşdan sonra 450 qol
"Neftçi" legioneri ilə yolları ayırdı
Poqbanın qardaşı məhkəmə qarşısına çıxacaq
"Qarabağ"ın prezidentindən iddialı açıqlama
“Karvan” - “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Cüneyt Çakır "Qarabağ"ın oyununa gəlir
Azərbaycanın daha bir millisindən biabırçı nəticə
AFFA Premyer Liqa klublarını cərimələdi
Enrike: "PSJ-nin ÇL-dəki nəticələri ədalətsizdir"
"Arsenal"ın sabiq futbolçusuna silahlı hücum etdilər
Miçel bütün həmkarlarını qabaqladı
"Qarabağ" - "Lion" oyununun hakimləri açıqlandı
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
ÇL-in oyunları bu kanallarda
La Liqada ayın ən yaxşısı açıqlandı
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
Mustafayevin komandasından heç-heçə
Belarusda çempion müəyyənləşdi
“Trabzonspor” autsayderi darmadağın etdi
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video