Milli komandamızın və “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- DÇ-2014-ün seçmə mərhələsində Portuqaliyaya qarşı keçirdiyimiz oyun haqda nə deyə bilərsən?
- Oyun çox da çətin də keçmədi. Biz müdafiə futbolu oynadıq. Kollektiv şəkildə müdafiə olunurduq. Buna görə də rəqib bizim qapıya yaxınlaşa bilmirdi. Ancaq doxsan dəqidə müdafiə olunmaq olmaz. Bizə tapşırıq verilmişdi ki, rəqibi ortadan qarşılayaq. Bu səbəbdən hücumlara az keçdik. Ancaq hücum futbolu oynasaydıq bundan yaxşı nəticə əldə edərdik. İrəlidə rəqibə təzyiq göstərsəydik, başqa nəticə olardı. Bir-iki epizodda pressinq etdik rəqib özünü itirdi. Topu hara gəldi vurdular. Belə davam etsəydik onlar müdafiədə oturacaqdı.
- Bəs niyə təzyiqləri davam etdirmədiniz?
- Gördük ki, rəqib daha çox qüvvə ilə hücuma qoşulmağa başladı, çəkildik arxaya.
- Sanki komandamız qol vurmaq yox, ancaq qapının toxunulmazlığını qorumağı düşünürdü.
- Qol vurmaq istəyirdik. Az da olsa epizodlar oldu. Bu şanslardan birindən istifadə etsəydik, oyunu dəyişə bilərdik.
- Öz oyunun haqda nə deyə bilərsən? Hücumlara az qoşulurdun, fəal deyildin.
- Müdafiəyəmeyilli oynadığımız üçün hücumlar yalnız bir cinahdan qurulurdu. Buna görə də mənim oynadığım sol cinaha top az ötürülürdü. Əsas müdafiəyə kömək edirdim. Rəqib isə hər iki cinahdan hücumlar təşkil edirdi.
- Berti Foqts bildirib ki, futbolçular Lüksemburqdan qayıdanda təyyarənin döşəməsində yatıb. Belə hal yaşanıb?
- Həmişə yaxşı təyyarə ilə təmin olurduq. Bu dəfə nədənsə çox darısqal idi. Buna görə də, bəli, təyyarənin döşəməsində uzanmalı olduq.
- Rauf Əliyevin yersiz olaraq iki sarı vərəqə almasına münasibətin
necədir?
- Rauf özü buna görə peşmandır. İstəməzdi belə olsun. Birinci epizodda etiraz etmək lazım deyildi. Ancaq hakim də sarı verməyə bilərdi. Əslində ingilis hakimlər sərt oyuna üstünlük verirlər. İkinci epizodda isə dəqiq görmədim ki, dirsəyi Pepeyə dəydi, ya yox.
- Sonda meydançaya gələn 30 mindən artıq azarkeşə sözünüz nədir?
- Çox sagolsunlar. Doğrudan da meydançada boş yer qalmamışdı. Biz də istəyirdik ki, onların üzü gülsün, tribunaları sevinclə tərk etsinlər. Ancaq neyləmək olar belə alındı. İnşallah, qarşıdakı ev oyunlarında Şimali İrlandiyaya və Lüksemburqa qarşı ancaq qələbə qazanmalıyıq. Başqa yol yoxdur.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı