Milli komandamızın və “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi
- DÇ-2014-ün seçmə mərhələsində Lüksemburqla oyunun nəticəsindən razı qaldınız?
- Lüksemburqa üç xal dalınca gedmişdik. Fikirləşirdik ki, rəqibdən daha yaxşı oyun nümayiş etdirəcəyik. Oyuna da yaxşı başlamışdıq. Qol imkanlarımız da oldu. Oyun çox ağır keçdi. Çünki meydança yaxşı vəziyyətdə deyildi. Palçıq öz oyunumuzu göstərməyə imkan vermirdi. Top saxlamağa çalışırdıq. Birinci hissədə bu bizdə yaxşı alınırdı. İkinci hissədə hesabı açmağa tələsirdik. Ona görə də uzun ötürmələr verməyə başladıq ki, qol vuraq. Belə olanda rəqib altı nəfərlə müdafiəyə keçdi. Ancaq əks-hücumlara bel bağladılar. Qol baraxmamağımız yaxşıdır, üç xal qazana bilməməyimiz isə təəssüf doğurur. Tam qane olmasaq da , bir xal da pis nəticə deyil.
- Nəticədən razı qalsanız da, yəqin ki, oyununuzdan razı qala bilməzsiniz. Çünki komandamız son vaxtlar belə inamsız çıxış etməmişdi.
- Düzdür son oyunlarımızla müqayisədə bu matç fərqli oldu. İstədiyimiz oyunu göstərə bilmədik. Qol vurmağa tələsirdik. Bəzi epizodlarda bir-birimizi başa düşmürdük. Sizinlə razıyam ki, Lüksemburqla yaxşı oynamadıq.
- Oyunun ən yaxşılarından biri olsan da, hücuma az qoşulurdun. Bu, baş məşqçinin tapşırı idi?
- Xeyr. “Qarabağ”da sağ cinahda oynayıram. Milli komandada isə solda oynadım. Sağ ayaqla oynamağa öyrənmişəm. Sol cinahda oynamağa çətinlik çəkirəm. Rəqib mərkəzə qədər gəlməyə bizə imkan verirdi. Bizi öz tərəflərinə çəkirdilər. Ona görə də, mən çox qabağa getsəm, əks hücumda bizi cəzalandıra bilərdilər. Kifayət qədər irəli gedən futbolçumuz var idi. Mənə müdafiədə diqqətli olmaq qalırdı. Yəni birinci işim müdafiə, ikinci isə hücuma dəstək vermək idi.
- Portuqaliya lə oyundan nə gözləyə bilərik?
- Portuqaliya ilə oyunda fiziki və taktiki cəhətdən çox, psixoloji cəhətdən hazır olmaq vacibdir. Çünki rəqibimiz adi komanda deyil. Özümüzü elə hazırlamalıyıq ki, sərbəst öz oyunumuzu oynayaq. Portuqaliya rəqibə bir səhvi belə bağışlamır. Futbolçularımız dərk etməlidilər ki, kimə qarşı oynayırlar. Rəqibin heyətində dünya səviyyəli futbolçular var. Çalışmalıyıq daha az səhv edək ki, yaxşı nəticə qazana bilək.
- Bəs komandada yorğunluq hiss olunur? Dörd gündən sonra daha bir oyuna çıxmaq çətin olmayacaq?
- Lüksemburqla oyunda meydança bizi çox yordu. Qayıdanda beş saat təyyarədə olduq. Bu gün komanda özünə gəlib. Dünən futbolçuların üzünə baxanda yorğunluq hiss olunurdu. Bu gün isə əhvalımız yaxşıdır. İnanıram ki, oyuna qədər tam hazır olacağıq.
- Ronaldonun bu oyunu buraxması sizi sevindirdi, yoxsa belə bir futbolçuya qarşı oynamaq istərdin?
- Düzü, Ronaldoya qarşı oynamaq istəyirdim. Ən azı gücümü sınayardım ki, görüm, ona qarşı necə oynayıram. Azarkeşlər üçün də maraqlı olardı. Ona görə bilet alanlar çoxdur. İstərdik ki, bizə qarşı oynasın. Çünki onun olmaması onsuzda Portuqaliya millisinə çox da təsir etməyəcək. Komandanın heyətində onu əvəz edəcək futbolçular var.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi