Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsində Lüksemburqa qarşı keçirdiyi oyunda bərabərə qaldı. Qol.Az saytının müxbiri bu oyun və qarşıdan gələn Portuqaliya ilə matçla bağlı millimizin sabiq baş məşqçisi Şahin Diniyevdən müsahibə alıb.
- Millimizin Lüksmburqa qarşı dünənki oyunu ilə bağlı təəssüratlarınız necədir?
- Futbolu yaxşı bilən heç kim deyə bilməz ki, millimiz yaxşı təsir bağışladı. Əfsuslar olsun ki, həm oyun, həm də nəticə ürəkaçan olmadı.
- Millimizin ən zəif oyunlarından birini keçirməsi fikriylə razısınız?
- Razıyam. Zəif oyunlarımız çox olub. Onlardan biri də dünən idi. Komandamızda ən vacib olan motivasiya yox idi. Ustalığın olmaması aydındır. Ancaq istək mütəq olmalıdır. Elə bil futbolçularımızda qələbə istəyi yox idi.
- Təcrübəli mütəxəssis kimi qol vura bilməməyimizin səbəbini nədə görürsünüz?
- Oyuna yaxşı köklənməməkdən əlavə, komandada sürət yox idi. İstənilən taktikada sürət böyük rol oynayır. Bu problem isə həmişə bizim futbolda olub.
- Dünən fərqli bir sistemlə oynadıq. Bu sistemlə bağlı fikirlərin necədir?
- Deməzdim pis sistemdir. Yoldaşlıq oyunlarının çoxunda bundan istifadə olunur. Yəqin Foqts Lüksemburqa qarşı bu sistemi uyğun bilib. Ancaq özünü doğrultmadı.
- Qarşıdan gələn Portuqaliya ilə oyunda Ronaldonun yoxluğu bizə stimul verə bilər?
- Yox. Ronaldo güclü futbolçudur. Oyunda çox şey edir. Ancaq Portuqaliya təkcə Ronaldodan ibarət deyil. Orada kifayət qədər səviyyəli futbolçu var. Ümumiyyətlə, zəif futbolçu yoxdur. Ona görə də Ronaldonun oynamaması oyuna az təsir edə bilər.
- Deyilənə görə, İsraillə oyunda Ronaldo Azərbaycanla oyunu buraxmaq üçün qəsdən sarı vərəqə alıb.
- Bu barədə çox gümanlar ola bilər. Ancaq inanmıram ki, belə bir dünya səviyyəli futbolçu milli komandasının oyununa çıxmamaq üçün belə addım atsın. Bəlkə də qarşıdakı oyunları buraxmamaq üçün, Azərbaycanı daha asan rəqib bilib bu oyuna çıxmamağı rəhbərliklə birlikdə məsləhət biliblər. Çünki bir sarı vərəqəsi var idi. İkinci sarı vərəqə də gözlənilən idi. Bizimlə oyunda sarı vərəqə alıb daha ciddi rəqiblərlə oyunu baraxa bilərdi. Mənə elə gəlir ki, bu taktiki gedişdir və rəhbərliyin göstərişidir.
- Son oyunumuza baxanda Portuqaliyadan xal almaq nə dərəcədə real görsənir?
- Bunu əvvəl də demişəm ki, bizim oyunumuza proqnoz vermək çətindir. Sabit və öz oyun stili olmayan komandanın oyunlarına proqnoz vermək çətindir. Bizim millimiz də belə komandalardandır. Ola bilsin, rəqib meydanın ot örtüyündən əziyyət çəkəcək. Həm də düşünmürəm ki, millimiz Portuqaliya ilə dünənki oyunu göstərməyəcək. Komandamız doğma meydanda oynayacaq, rəqibin adına görə oyuna daha yaxşı köklənəcək. Ancaq Portuqaliya da dünən İsraillə oyundan dərs çıxaracaq. Səhvlərinin üzərində işləyəcək. Azərbaycanla oyuna daha ciddi yanaşacaq. Bu baxımdan oyun biraz da çətinləşəcək.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası