Replika
AFFA-nın prezidenti Rövnəq Abdullayev DÇ-2014-ün seçmə mərhələsinin millimizin Lüksemburqa qarşı keçirilən oyunundan sonra deyib: “Futbolçularımızı tənqid etmək lazım deyil. Onlar qol vurmasalar da, kobud səhvlərə yol vermədilər. Milli komandamız pis oynamadı, sonadək mübarizə apardı”.
Rövnəq bəy tamamilə doğru buyurur, bu gülməşəkər komandanı ancaq və ancaq tərifləmək lazımdır. Çünki biz dünya reytinqində 151-ci yerdə olan komandanı uda bilməmişik. Bu komandanın ayaqları altına xalça sərilməlidir, fəxri ad, orden-filan da pis olmazdı...
Milli komandamızın hücumçuları üçün isə xüsusi təqaüd təsis edilməlidir. Yaşı 60-70-ü ötmüş veteran futbolçularımıza verilən təqaüddən. Əgər, hələ beynəlxalq yarışlar bir kənara – Azərbaycan çempionatının 23 oyununda bu milli komandanın azərbaycanlı hücumçuları üst-üstə 10 qol vura bilməyiblərsə, o zaman, əlbəttə ki, onlar bu təqaüdü haqq ediblər.
Hörmətli Elxan Məmmədova da söyləmək lazımdır ki, Azərbaycanın dövlətinin AFFA-ya ödədiyi puldan futbolçularımıza mükafat vermək məsələsinə bu dəfə də baxsın. Düzdür, özü deyib ki, biz belə məsələləri “oyundan qabaq yox, sonra müzakirə edirik”. AFFA-nın baş katibinin ortabab komandalara kiçik hesabla uduzduqdan sonra da milliyə pul mükafatı vermək kimi absurd təcrübəyə malik olduğunu nəzərə alsaq, onun bu dəfə futbolçularımıza daha səxavətli olacağını gözləyirik. Çünki biz qrupumuzun sonuncusu, adı dünya futbolunun kitab-dəftərində olmayan komandaya… uduzmamışıq!
Əla!
Üç like milli komandaya, beş like də Berti Foqtsa gəlsin))
Çünki alman qocanın rəhbərliyi sayəsində millimiz dünyada reytinqində beş il əvvəlki mövqeyinə… 116-cı pillyə gəlib çıxıb.
Ona görə də Berti Foqts başda olmaqla bu komanda haqda həmişə tərif söyləmək lazımdır. Çünki onlar buna layiqdirlər. Yeri gəlsə, futbolçularımıza heykəl qoymaq məsələsinə də baxılmalıdır.
Çünki biz bir çox ölkənin, xüsusilə mənfur düşmənimiz Ermənistanın, qonşu Gürcüstanın da milli komandasını FİFA reytinqində çox geridə qoymuşuq.
Amma siyahını tərsinə tutanda.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası