“Mən bir məsələyə məəttəl qalmışam. Yoldaşlıq oyunları nəyə xidmət edir? Bilirik ki, bu, heyətin təkmilləşdirilməsinə, düzgün sistem qurmağa kömək edir. Amma millimizin dünənki oyununda sistem düzgün qurulmamışdı”.
Qol.Az saytının müxbirilə söhbətində bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov DÇ-2014-ün seçmə mərhələsində dünən milli komandamızın Lüksemburqa qarşı keçirdiyi oyun (0:0) haqda danışarkən deyb.
Onun sözlərinə görə, Berti Foqts oyunçuları düzgün mövqedə oynatmayıb: “Dayaq yarımmüdafiəçisi Rasim Ramaldanov mərkəz müdafiəçisi kimi çıxış edirdi. Ümumiyyətlə, bu sistemlə birinci dəfədir oynayırıq. Komandamız uzaqdan zərbələr vurmalı idi. Bunu etmədilər. Buna görə Vüqar Nadirov start heyətdə meydana çıxmalı idi. Çünki hazırda yaxşı formadadır. “Qarabağ”ın heyətində də onun yaxşı oyununu və uzaqdan qüvvətli zərbələrini görürük. Qol vura bilən oyunçudur. Foqts Araz Abdullayevi milliyə çağırmayıb. Ancaq o, dünən meydanda olmalı idi”.
Millimizin sabiq baş məşqçisi oyunun əhəmiyyətindən danışıb: “Bu qarşılaşma Portuqaliya ilə oyun öncəsi çox vacib idi. Belə oyunlarda gərək qol vurasan. Ondan sonra istək daha da artır, istədiyin oyunu göstərə bilirsən. Ancaq təəssüf ki, komandamız bunu bacarmadı. Əslində rəqib bizə öz cərimə meydançalarına yaxınlaşmağa imkan verirdi. Ancaq hələ də keyfiyyətli hücumçumuzun olmamasına görə, bizdə qol vurmaq problemdir. Dünən sırf iki hücumçu, iki hücumameyilli yarımmüdafiəçi ilə oynadıq. Ancaq hücumçu yüksək keyfiyyətə malik deyilsə, beş nəfər də olsa, xeyiri yoxdur. Ümumilikdə komandamız rəqibdən biraz üstün idi”.
Təcrübəli mütəxəssis millimizin martın 26-da Portuqaliyaya qarşı keçirəcəyi oyuna da toxunub: “Ronaldo komandamıza qarşı oynasaydı, daha yaxşı olardı. Çünki İsraillə oyunda çox səhv edirdi, pis oynayırdı. Komandası da yaxşı oynamadı. İsraildə isə istək çox idi. Ona görə də Portuqaliyaya qalib gəlməyə yaxın oldular. Bizim millidə də bu istək olmalıdır ki, belə nəticə qazanaq. Portuqaliya bizə qarşı komanda oyunu oynayacaq. Həmişə oyunu komandanın lideri üzərində qursalar da, bu dəfə kollektiv oyuna üstünlük verməyə məcburdurlar. Həmçinin, heyətdə dəyişklik edəcəklər. Orta xətti gücləndirəcəklər”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası