“Hər iki komanda maraqlı oyun sərgilədi. Biz isə ümumilikdə yaxşı oyun nümayiş etdirdik”. Qol.Az-ın azerisport.com saytına istinadən yaydığı xəbərə görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun sonuncu Lüksemburqa qarşı oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında söyləyib.
O qeyd edib ki, komandasından daha çox mübarizə gözləyib: “Mən daha aqressiv oynayacağımızı gözləyirdim. Əgər mübarizə aparsaydıq, oyunu uda bilərdik. Bu matç göstərdi ki, Azərbaycanda bacarıqlı futbolçular var. Lakin onlar fikirləşməlidirlər ki, belə görüşlərdə bütün gücünü ortaya qoymalısan”.
Berti Foqts bildirib ki, Lüksemburq müdafiədə diqqətli oynayıb, millimizə çox qol imkanı yaratmağa imkan verməyib: “Məni razı salan yeganə məqam odur ki, qol buraxmadıq. Baxmayaraq ki, bunun üçün rəqibin bir neçə imkanı oldu”.
Foqts həmçinin komandasının fiziki durumundan narazılıq edib: “İkinci hissədə komandanın fiziki durumu istədiyim kimi deyildi. Biz rəqiblə sonadək mübarizə apara bilmədik. Mən bu görüşü üç il əvvəl Lüksemburqa qalib gəldiyimiz oyunla müqayisə etmək istəmirəm. Bunlar fərqli oyunlardır”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası