“Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi
- Millimiz martın 22-də Lüksemburq, martın 26-da isə Portuqaliya yığması ilə qarşılaşacaq. Bu oyunlar haqda fikirlərin necədir?
- İnşallah, komandamız qalib gələr. Lüksemburqu da udmasaq, futbolumuzda inkişafından danışmaq olmaz. Bu rəqibin adı gələn kimi hamı fikirləşir ki, udmalıyıq. Lixtenşteyn kimi bir komandadır. Demirəm ki, qalib gəlmək asan olacaq. Asan rəqib yoxdur. Amma hər halda Lüksemburqdan qələbə ilə qayıtmaq lazımdır. Portuqaliya ilə oyun isə bəlkə də daha asan olacaq. Çünki evdə oynayacağıq, meydança amili var, ot örtüyünün o səviyyədə olmaması Portuqaliya yığmasının işini çətinləşdirəcək. Doğma azarkeşlər qarşısında millimiz yaxşı oynayır.
- Səncə, millimizin hazırkı heyəti buna qadirdir?
- Milliyə çağırılan futbolçularla bağlı heç nə demək istəmirəm. Baş məşqçi onlara inanıb. Onlar da gərək nəticə göstərsin. Bu gün qələbəyə də, məğlubiyyətə də Berti Foqts cavabdehdir.
- Komandanızın on futbolçusu milli komandaların düşərgəsindədir. Hər dəfə milli komandaların matçından sonra “Qarabağ”ın oyununuzda qeyri-stabillik olur, futbolçularda yorğunluq hiss olunur. Bu dəfə də belə olacağından qorxmursunuz?
- AFFA-nın qərarı belədir. Buna nəsə deyə bilmərik. Futbolçularımız özləri də millinin şərəfini qorumaqdan məmnundular. Ancaq dediyiniz faktlar var. Gərək futbolçularımız millidən qayıtdıqdan sonra özlərini tez bərpa etsinlər, oyuna hazır olsunlar. Bir məsələ də var ki, Foqts “Qarabağ”dan yeddi futbolçu çağırsa da, hamısı oynamayacaq. Zədəsinə görə ola bilsin Maksim Medvedyev oynamadı. Bu halda uzağı üç futbolçu oynayacaq.
- “Qarabağ” keçən turda “Simurq”a məğlub oldu. Məğlubiyyətin səbəbi nə idi? Rəqibə hansı göstəricilərdə uduzdunuz?
- Demək olmaz ki, “Simurq” hardasa bizi üstələdi. Oyuna əvvəldən biz yaxşı başlamışdıq. İki qol imkanımız da oldu. Orta xəttə adi səhv etdik, oyunçuları tutmadıq. Buna görə də qapımızda qol gördük. Ondan sonra da “Simurq” müdafiəyə çəkildi və qol vurmağımıza imkan vermədi. Hamı bilir ki, “Simurq” a öz meydanında qol vurmaq çətindir. Yaxşı müdafiə olunurlar. Meydança amilini də özünü göstərdi. Oranın süni örtüyü bərbad vəziyyətdədir. Meydançanın vəziyyəti ötürmələrə çox mane olurdu. “Simurq”la öz meydanımızda oynayanda demək olar ki, birinci hissə də rəqibin ayağına top dəyməmişdi. Çünki ideal ot örtüyündə oynayırdıq. Ola bilsin, Zaqataladakı matçda oyuna yaxşı köklənməmişdik. Ancaq əsas meydança amili işimizi çətinləşdirdi. Yenə deyirəm, “Simurq”un hesabdan başqa heç bir üstünlüyü olmadı. Vurulan qolda da bizim səhvimiz oldu. Demək istəyirəm ki, biz nəsə etmək istəyəndə, bu alınmayanda, rəqiblər bizə qol vurur.
- Bu məğlubiyyətdən sonra “Neftçi” ilə xal fərqiniz altıya endi. Çempionluğa inamınız azalmayıb?
- Altı xal elə də çox deyil. Ancaq bu fərqi aradan qaldırmaq üçün çox əziyyət çəkməli olacağıq. Çempionluğa oynayan komanda bundan sonra ancaq qalib gəlməlidir. Oturub kiminsə xal itirməyin gözləməkdən artıq keçib. Qarşıda doqquz oyunumuz var. Birdə görürsən üç oyuna altı xallıq fərqi aradan götürmək olur.
- Topaz Premyer Liqanın 24-cü turunda “Qəbələ” ilə qarşılaşacaqsınız. Komandanızda yorğunluğu nəzərə alsaq, şanslarınızı necə görürsən?
- Futbolçularımız millinin düşərgəsindən gələndən sonra görək nə vəziyyətdə olacaqlar. Həmişəki kimi qələbəyə oynayacağıq. Ancaq “Qəbələ”ni yaxşı tanıyırıq. Bilirik ki, müdafiəni də unutmaq olmaz. Təhlükəli hücumçuları var. Biz komanda şəklində oynasaq da, “Qəbələ” fərdi oyunçuların hesabına uğur qazanmaq istəyir. Ona görə də bu komanda ilə oyunumuz alınmır. “Qəbələ” ancaq bizim səhvimizi güdür ki, bundan istifadə etsin. Səhvsiz komanda olmur. Hardasa səhvə yol veririk. Biz irəli atılırıq, onlar müdafiədə oturur. Bizə qolun da çoxunu standart vəziyyətdən vurublar.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi