Milli komandamızın və “Qarabağ” klubunun müdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi
- Mllimizin qarşıdan Lüksemburq və Portuqaliya yığması ilə oyunu gəlir. DÇ-nın seçmə mərhələsində ilk oyununa çıxa bilərsən. Nə hisslər keçirirsən?
- Məşqlərimizi yüksək səviyyədə keçirmişik. Həvəslə oyunu gözləyirik. Lüksemburqa qalib gəlməyə köklənmişik. Mənim oyunuma gəldikdə isə hər bir futbolçunun arzusu millidə oynamaqdır. Mən də bunu çox arzulayırdım. Yoldaşlıq oyunlarında milli komandamızda çıxış etmişəm. Komandaya uyğunlaşmışam. Məncə, çətinliyim olmayacaq. Şans verilsə, yüzfaizli nəticə göstərəcəm.
- “Qarabağ”da özünü yaxşı tərəfdən göstərirsən. Milli komandanın oyun qurluşu “Qarabağ”dan çoxmu fərqlnir? Yəni millidə də həmin oyunu nümayiş etdirə bilərsənmi?
- Əlbəttə. Hər baş məşqçinin öz oyun stili var. Fərqli oyunçularla oynayacağıq. Ancaq futbol hər komandada eynidir. Harda olmağından asılı olmayaraq, öz oyununu oynamalısan. Baş məşqçi hansı taktikanı seçsə, elə də oynayacağıq.
- Hansı mövqedə oynayacağın gözlənilir?
- Hələ ki, bunu dəqiq bilmirəm. Məşqlərdə müdafiənin sol cinahında və orta xəttə oynayıram. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, özümü ən yaxşı tərəfdən göstərməliyəm ki, baş məşqçinin etimadını doğruldum.
- Portuqaliya ilə oyun haqda nə deyə bilərsən?
- Portuqaliya ilə öz meydanımızda oynayacağıq. Doğma azarkeşlər qarşısında oynamağımızı, öz meydanımızda əzmkarlığımızı nəzərə alsaq, üstünlük bizdə ola bilər. Ancaq rəqib çox güclü komandadır. Onlardan xal almaq bizim üçün uğurdur. Məğlubiyyət isə faciə deyil.
- Bir müdafiəçi kimi rəqibin güclü hücumçularından çəkinmirsən?
- Düzdür. Rəqibin Ronaldo və Almeyda kimi çox səviyyəli hücumçuları var. Ancaq onlardan çəkinmək yox, onlara qarşı əzmkar oyun göstərməliyik. Çünki öz meydanımızda elə etməliyik ki, ən azından burdan üç xal aparmasınlar. Biz meydana qalib gəlmək üçün çıxacağıq. Niyə də olmasın? Futbolda hər şey ola bilər.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil