Vaqif Sadıqov: "Berti Foqtsun sözləri qeyri-səmimidir"

Vaqif Sadıqov: "Berti Foqtsun sözləri qeyri-səmimidir"
MÜSAHİBƏ 20 Mart 2013 / 00:01 4130
-  A +

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi

- Millimizin oyunları ilə əlaqədar yaranmış fasilədən necə istifadə edirsiniz? Boşluqları doldura bilirsinizmi?

- Planlı şəkildə məşqlərimizi davam etdiririk. Gündə iki dəfə məşq edirik. Martın 23-də “İnter”lə yoldaşlıq oyunu keçirəcəyik. Güclü rəqib seçmişik. Çatışmazlıqlar hiss olunur. Milli komandaya çağrılan futbolçularımız var.Zədəli futbolçularımız olsa da, komandada əhval-ruhiyyə yaxşıdır. Məşqlərimizi davam etdiririk.

-Con Toşakın “Xəzər Lənkəran”a gəlişinə münasibətinizi bilmək istərdik? Bunun Azərbaycan futboluna nə kimi xeyri dəyə bilər?

- Belə bir mütəxəssisin Azərbaycanda çalışmağı çox yaxşı haldır. Azərbaycan futbolun uğur gətirə bilər. “Xəzər Lənkəran”ın oyununa rəng qatacaq. Gələn mövsüm fərqli bir “Xəzər Lənkəran” görəcəyik. Daha iddialı bir komanda olacağı gözlənilir.

- Topaz Premyer Liqada növbəti oyununuz “Xəzər Lənkəran”a qarşıdır. Yeni baş məşqçi ilə bu komanda ilə oyundan nə gözləyirsiniz?

- Biz komandanın baş məşqçisinə fikir vermirik. Rəqibimizi analiz edirik. Harda oynamağımızdan asılı olmayaraq, meydana qələbə üçün çıxırıq. Bu oyunda da qalib gəlməyə çalışacağıq.

- Milli komandamızın Lüksemburqla oyunundan nə gözləməyə dəyər?

- Onu deyə bilərəm ki, indi zəif rəqib yoxdur. Kim fikirləşirsə Lüksemburqla bizi asan oyun gözləyir, səhv edir. Məncə, ağır oyunlardan biri olacaq. Çünki hər iki komanda qalib gəlib xal hesabını artırmaq istəyir. Ona görə də çox gərgin mübarizə şəraitində keçən bir oyunun şahidi olacağıq. İstərdim ki, millimiz Lüksemburqa qalib gəlib güclü Portuqaliya ilə oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşsın.

- Bəs Portuqaliya ilə oyunda millimizin rəqibdən xal ala biləcəyi inandırıcıdır?

- Biz 1999-cu ildə bu komandadan xal almışıq. Niyə 14 il sonra ala biməyək? Portuqaliya ilə son oyunda komandamız göstərdi ki, hər bir güclü rəqibə qarşı yaxşı motivasiya olur. Mübarizə apara bilir. Həmin matçda məğlub olsaq da, komandamız yaxşı oyun göstərdi.  Nəzərə alsaq ki, oyun Bakıda keçiriləcək, çoxdandır futbolçularımız azarkeşlər görmürlər, stadion dolu olacaq, heç-heçə edə bilərik. Baxmayaraq ki, fovorit Portuqaliyadır, futbolçularımız azarkeşləri sevindirməlidir.

- Portuqaliyadan 14 il bundan qabaq xal almışdıq. İndiki heyətlə bağlı nə deyə bilərsiniz?

- O vaxt da Azərbaycan futbolçuları gənclər idi. Zaur Tağızadənin vurduğu qolu yada salmaq istəyirəm. Keçirilən islahatların nəticəsində yığmamız gəncləşir. Bu gənc futbolçular Portuqaliyanın tanınmış, güclü futbolçularına qarşı tam gücünü göstərməlidilər. Özlərini sübut etməlidilər. Avropada Azərbaycan futbolu olduğunu təsdiqləməlidirlər.

- Berti Foqts Almaniya mətbuatına açqlama verib ki, Azərbaycan futbolu çox ləng inkişaf edir. Klubların baş məşqçiləri milli komandaya lazımi dəstək vermir. Bu fikrə münasibətiniz necədir?

- Bütün klubların baş məşqçiləri millimizin uğurlarını istəyir və bunun üçün əlindən gələni edir. Bu gün biz özümüzə ziyan olaraq futbolçuları uzunmüddətli təlim-məşq toplanışı üçün milli komandaya göndəririk. Ayr-ayrı yoldaşlıq oyunlarında da futbolçularımız millinin düşərgəsinə qoşulur. Yəni bu gün biz hər şey edirik ki, yığmamız inkişaf etsin. Məncə, Foqtsun bu çıxışı səmimi deyil və bunun arxasında nə dayanır, onun özü bilir. O ki qaldı futbolumuzun inkişafına, klublarımız günü-gündən dirçəlir. “Neftçi”nin Avroliqada uğurlu çıxışı, “Rubin” kimi komandayla başabaş mübarizə aparması Azərbaycan futbolunda inkişaf olduğundan xəbər verir. Azərbaycan futbolunda planlı şəkildə iş görülür. Məqsəd növbəti dünya və Avropa çempionatının final mərhələsində oynamaqdır.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki