Milli komandamızın və “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Lüksemburq və Portuqliya ilə oyunlara hazırlıqlar necə gedir
- Ciddi hazırlaşırıq. Lüksemburqu lazımi qaydada analiz etmişik. Taktiki cəhətdən məşqlər keçirik. Oyuna tam hazırıq.
- Millimizin düşərgəsində ab-hava necədir? Qarşıdan səfər oyunu və öz meydanımızda Portuqliya kimi komanda ilə oyun gəlir. Futbolçularda yaxşı nəticəyə inam varmı?
- Əlbəttə. Hamımızda inam var. Lüksemburqa qələbə dalınca gedirik.
- Heç-heçə bizim üçün necə nəticə olar?
- Rəqibə yuxarıdan aşağı baxmaq düz olmaz. Lüksemburq zəif komanda deyil. İstənilən nəticə qeydə alına bilər. Çünki komandalar arasında aşkar səviyyə fərqi yoxdur. Ancaq təbii ki, bizi ancaq qələbə qane edir. Bu gün bizə xal sayımızı artırmaq çox lazımdır. Qrupda yaxşı yerlərdən birini tutmalıyıq. İldən-ilə daha yaxşı nəticə toplamalıyıq.
- Lüksemburqla oyunda hücumda oynayacaqsan, yoxsa cinahda?
- Bu, hələ tam bilinmir. Ancaq hər iki mövqedə sözümü deyə bilərəm. Mənim üçün elə də fərqi yoxdur. Hansı mövqedə oynasam var qüvvəmi sərf edib komandamıza əlimdən gələn köməyi edəcəm.
- Portuqaliya ilə oyundan nə gözləmək olar?
- Hələ ki, ancaq Lüksemburla oyunu düşünürük. İndiki halda bizə vacib oyun budur. Çünki, bu matçın nəticəsi Portuqaliya ilə oyuna təsir edə bilər.
- Komandamız ev oyunlarında yaxşı təsir bağışlayır, rəqibin kimliyindən asılı olmayaraq cəsarətli futbol oynayır. Bu baxımdan Portuqaliyadan xal ala bilərik?
- İstənilən halda Portuqliya ilə oyunda iddialı olmalıyıq. Ən azından məğlub olmamağı fikirləşməliyik. Komandamızda istək çox olarsa, bunu bacara bilərik. Qeyd etdiyiniz kimi öz meydanımızda baxımlı futbol oynayırıq. Məncə, ev oyununda tək Portuqaliyadan yox, istənilən komandadan xal ala bilərik.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil