Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqanın formatının dəyişdirilməsi ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Çempionatın formatının dəyişməsi hansı zərurətdən irəli gəldi?
- İkinci "altılıq"da iştirak edən komandaların oyunlarına maraq az olduğundan belə qərar verildi ki, format dəyişsin. Beləliklə, növbəti mövsümdən Premyer Liqa on komandanın iştirakı ilə dörd dövrədə keçiriləcək.
- Sırf bu səbəbdən belə qərar verildi?
- Bəli.
- Bir necə gün əvvələ qədər siz çempionatın formatının dəyişməyəcəyini deyirdiniz. Son anda nə baş verdi ki, qərar dəyişildi?
- Ümumi fikir belə oldu.
- İcraiyyə Komitəsinin iclasında formatla bağlı başqa təkliflər olmadı?
- Xeyr.
- Bəs, təşəbbüs kim tərəfdən irəli sürüldü?
- AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən.
- Belə çıxır ki, bu dəfə də birinci diviziondan heç bir klub yüksək liqada oynamayacaq?
- Bəli. Növbəti mövsüm üçün belə olacaq. Gələn ildən yeni komandalar gələr.
- 2013/2014-cü ilə mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar oyuna əsas heyətdə yaşı 21-dək olan 8 futbolçu ilə çıxmalıdır. Bu qərar hansı zərurətdən irəli gəlib?
- Bunlar 2020-ci ilin Avropa çempionatına hesablanıb. Gənc futbolçuların yetişdirilməsi çox vacibdir. Həm də birinci diviziona marağın artması üçün belə qərar verildi.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil