Səlcuk Yula: “Berti Foqts Azərbaycanda yaşamalıdır”

Səlcuk Yula: “Berti Foqts Azərbaycanda yaşamalıdır”
MÜSAHİBƏ 14 Mart 2013 / 12:00 3952
-  A +

1979-1986-cı illərdə Türkiyənin “Fənərbaxça”, 1991-92-ci illər mövsümündə isə “Qalatasaray”da oynamış Səlcuk Yula bugünlərdə ölkəmizdə səfərdə olub. Səfər zamanı o, Qol.Az saytının müxbirinin suallarını cavablandırıb

- Azərbaycana gəlişinizin səbəbi nədir?


- Biz keçən ilin iyun ayından Topazla əməkdaşlıq edirik. Topaz Azərbaycanda qanuni şəkildə iş həyata keçirməyə başlayıb. Biz də öz təcrübəmizi qardaş ölkəmizə bölüşürük.  Bu səbəbdən Bakıdayam.

- Azərbaycan futbolu haqqında nə söyləyə bilərsiniz? Futbolumuza sərmayə qoyulsa da, nəticələr ürəkaçan səviyyədə deyil.

- Azərbaycan milli komandasında inkişaf görürəm.  Əsas ev oyunlarında çox gözəl çıxış edirlər. Səfər meydanında isə müdafiəyə üstünlük verirlər. Bunu Portuqaliya ilə matçda gördüm. Bir qədər cəsarətli oyuna üstünlük verməlidir. Mən Azərbaycan milli komandasının baş məşqçisi olsam, yerli çempionatın bütün oyunlarını izləyərəm. Bu, ona görə lazımdır ki, futbolçuları tanıyasan. Eşitdiyimə görə Berti Foqts tez-tez Almaniyaya gedib-gəlir. Belə olmaz. Milli komandanın baş məşqçisi burda yaşamalıdır. Bütün klubların oyununu izləməlidir.  Türkiyədə Quus Hiddinkə qarşı ilk dəfə çıxan mən oldum. Onun istefaya göndərilməsinin ən böyük səbəbəbkarlarından biri mənəm. O, da tez-tez Hollandiyaya gedirdi.  Foqts dünyanın ən yaxşı sağ cinah müdafiəçilərindən biri olub.  Futbolçu karyerasına  söz ola bilməz. Ancaq baş məşqçi kimi fəaliyyət göstərirsə, gərək burda yaşayıb oyunları izləsin.

- Klublarımızın səviyyəsi haqda fikirlərinizi bilmək maraqlı olardı?

- “Neftçi”ni qeyd edə bilərəm. Çox yaxşı hücum futbolu oynayır. Avropa Liqasında “İnter”lə başabaş oynadı. Ancaq bunlar bəs deyil. Bu gün bizim iki klubumuz avrokuboklarda mübarizəni davam etdirir. Bu, həm də sponsorların sayəsində olur. “Qalatasaray” Droqbanı, Şneyderi necə alır? “Fənərbaxça” komandanı necə qurur? Əlliyə yaxın sponsoru var. Azərbaycanda da futbola pul buraxanlardan biri də “Topaz”dır. İnanıram ki, bunun nəticəsi olacaq. Bu gün Azərbaycan çempionatında tribunalar boşdur.  Tamaşaçıları meydançaya çəkmək lazımdır. Bunu üçün klublar   öncə bahalı və dünya şöhrətli futbolu almalıdır. Azərbaycan milli komandasını oyunlarında tribunada boş yer qalmır. Bilirəm ki, dövlət tərəfindən idmana çox böyük diqqət ayırılır. Ancaq futbolda təkcə milli komanda ilə iş bitmir. Klubların oyununa da maraq olmalıdır. Yenə deyirəm, Berti Foqts bütün komandaların oyunlarını izləməlidir. Onsuz da çempionatda 12 komanda çıxış edir. Bu, altı oyun deməkdir. Üçü şənbə günü, üçü isə bazar günü oynanılır. Heç olmasa, şənbə, bazar günləri oyunları izləyib sonra Almaniyaya getsin. Bu cür baş məşqçi olmaq çox asandır. Mən də belə rejimlə Azərbaycan milli komandasında baş məşqçi ola bilərəm. Milli komandanın oyunları olanda gələrəm, sonra Türkiyəyə qayıdaram. Səlcuq Yula olaraq fikirlərim budur. Azərbaycanı çox sevirəm. Heç bir təmənnasız Azərbaycan futboluna kömək üçün əlimdən gələni etməyə hazıram. Foqts oyunları izləməsə də, mən izləyərəm. Ən azından “Fənərbaxça”ya bir futbolçu apararam. Və yaxud Türkiyədən gənc bir oyunçu gətirərəm. Məsələn, “Fənərbaxça”da Rəcəb Niyaz adlı istedadlı futbolçu var. Bu futbolçu daim ehtiyatda qalır.  Orda ehtiyatda qalmaqdansa ,gəlib Azərbaycanda oynamağı daha yaxşıdır. Yeri gəlsə, Azərbaycan vətəndaşı olsun və milli komandada oynasın. Bunları Foqts etməyəcək. Bizlərdən biri etməlidir. Milli komandanı Azərbaycandan, ya da Türkiyədən biri çalışdırmalıdır.  Bizdə də futbol yavaş-yavaş inkişaf etdi. Dünya və Avropa üçüncüsü olmuşuq. Azərbaycanda da bu inkişaf gedir. Ancaq bundan yaxşı istifadə etmək lazımdır.

- Sizcə, AzərbaycandaTürkiyə Superliqasında oynaya biləcək futbolçular var?

- Bunu söyləmək üçün gərək əvvəlcə komandalrın oyunların izləyəm. Ancaq milli komandanın oyunlarını izləmişəm və xoşuma gələn futbolçular olub. Fikrim var ki, komandaların oyununu izləyim və istedadlı futbolçu olsa, “Fənərbaxça”ya aparım.

- Bu yaxınlarda “Xəzər Lənkəran” tanınmış futbol mütəxəssisi Con Toşakla müqavilə imzaladı. Bu, baş məşqçi Azərbaycan futboluna nə verə bilər?

- Con Toşak çox yaxşı baş məşqçdir. Vaxtilə “Beşiktaş”ı çalışdırıb. Foqts kimi tez-tez öz ölkəsinə getməsə, ondan çox faydalana bilərsiniz. Çünki o, dünya şöhrətli futbolçu və baş məşqçi olub. Belə insanları Azərbaycana gətirmək faydalıdır.

- Deyirsiniz ki, Azərbaycan futboluna dəstək olacaqsınız. Hazırda bu sahədə hansı işləri görmək fikriniz var?

- Gələn mövsümdən Azərbaycana gələcəm və çempionatın oyunlarını izləyəcəm.  İzləyə bilməsəm, videoyazılara baxacağam. İki ölkə arasında futbolçu transferi hər iki ölkəyə böyük fayda verəcək. Burdakı yaxşı bir futbolçunun “Fənərbaxça”da bizə faydalı olmasını istəyirəm. Eyni zamanda, “Fənərbaxça”da ehtiyatda qalan istedadlı futbolçuları Azərbaycana gətirmək fikrindəyəm. Bunları etmək çox asandır.

- “Topaz” haqqında, onun Azərbaycan futboluna verəcəyi dəstək haqda nə deyə bilərsiniz?

 - “Topaz” bu işlərə yeni başlayıb. Bu, çox təqdirəlayiq bir işdir. Azərbaycan futboluna böyük xidmət edəcək. Bunu Türkiyədə görmüşəm. Türkiyədə totalizator olmadan da oyunlara qoyulan pullar kiminsə cibinə gedirdi.  Yəni qeyri-qanuni şəkildə idi. Bunu qadağan etmək də mümkün deyil. Dünyanın bütün ölkələrində bunu edə bilərsən. Buna görə də dövlət bu işi öz əlinə aldı. Yavaş-yavaş qeyri-qanuni mərclər sıradan çıxdı. Nəticədə qazanılan pullar dövlətə qalır. Dövlət bu pulları futbolun inkişafına yatırır. Hər Azərbaycana gələndə bu iş üçün sərmayənin artdığını görürəm.  Türkiyə artıq bu mərhələləri keçib. Azərbaycanda isə yeni başlayıb. Bu gedişlə “Topaz”ın Azərbaycan futboluna böyük xeyir verəcəyinə əmin ola bilərsiniz.

- Sonda. Keçmiş komandanız “Fənərbaxça”nın bu gün Avroliqada çıxışından nə gözləyirsiniz?

- “Viktoriya” ilə oyunu izləmək üçün“Fənərbaxça” ilə birlikdə Çexiyaya getmişdim. Məncə, orda yaxşı nəticə qazandılar. İnanıram ki, növbəti mərhələyə məhz “Fənərbaxça” keçəcək.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki