“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 23-cü turunda “Bakı”ya qarşı keçirdiyiniz oyun haqda təəssüratlarını bölüşərdin.
- Çətin oyun oldu. Bizə qarşı yaxşı hazırlaşdıqları bilirdik. “Bakı” son vaxtlar yaxşı formadadır. Dünənki oyunda da çox yaxşı təsir bağışladılar. Hava şəraiti əlverişsiz olduğundan oyunumuz alınmırdı. Külək işimizi çox çətinləşdirirdi. Topu düzgün istiqamətə göndərə bilmirdik. Əsas odur ki, məğlub olmadıq. Qış fasiləsindən sonra komandamız məğlub olmayıb.
- Hazırkı şəraitdə “Bakı” ilə oyunda bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- “Altılıq” oyunlarında bir xalın da əhəmiyyəti var. Ancaq fikrimcə, hədəflərimizi nəzərə alsaq, iki xal itirdik. Onu da deyim ki, dünən “Bakı” yaxşı oynayırdı. Məğlub da ola bilərdik.
- Oyununuzdan razı qaldınız?
- Yox. İstədiyimiz oyunu göstərə bilmədik. “Neftçi” adına layiq oyun nümayiş etdirmədi.
- Buraxılan qolda özünü günahkar sayırsan?
- Səhv məndə oldu. Qolu Pena vurdu. Onunla mübarizə aparırdım. Ancaq o məni bir addım qabaqladı və hava mübarizəsindən qalib ayrıldı. Böyükağa müəllim də mənə hər oyun bu epizodlarda diqqətli olmağı tapşırır.
- Milli komandamızın 18 günlük toplanışına bir neçə futbolçunuz qatılacaq. Bunun komandaya nə kimi təsiri ola bilər?
- Həmişə milli komandanın düşərgəsindən qayıdanda futbolçulara çətin olur, yorğunluq öz sözünü deyir. Ancaq bunun yaxşı tərəfi də var. Belə ki, 18 gün ərsində məşqsiz qalmayacağıq. Bu toplanış oyun praktikası cəhətdən yaxşıdır.
- Azərbaycan kubokunun yarımfinalında “Qarabağ” sizə rəqib olacaq. İstərdinizmi yarımfinalda bu komanda ilə üz-üzə gələsiz?
- Nəinki “Qarabağ”, ilk “altılıq”da olan komandaların hamısı bizim üçün ciddi rəqibdir. “Qarabağ” olmasa “Qəbələ” ilə düşəcəkdik. “Qəbələ”də zəif deyil. Ümumiyyətlə, bütün komandalar bizimlə oyunda çox yaxşı motivasiya olunurlar.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı