"İnter"in güclü müdafiəsi varsa, bizim də yaxşı hücumçularımız var"

"İnter"in güclü müdafiəsi varsa, bizim də yaxşı hücumçularımız var"
MÜSAHİBƏ 12 Mart 2013 / 00:01 3036
-  A +

“Qəbələ” klubunun kapitanı Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi

- Əvvəlcə “Qarabağ”la kubok oyununuzdan danışaq. Keçən il olduğu kimi, bu il də “Qarabağ” sizi kubokdan kənarlaşdırdı. Yarımfinala çıxa bilməməyinizin səbəbləri nə oldu?

- Bizim bütünü diqqətimiz kubok oyununa idi. AZAL-a məğlub olduqdan sonra bu oyunda qalib gəlib toparlanmaq istəyirdik. Öz meydanımızda  bizə sərf edən hesab  qeydə alınmasa da, səfərdə sərfəli nəticə qazanacağımıza ümid edirdik. Yaxşı da oynadıq. Ancaq “Qarabağ” düzgün taktika seçdi, bizə qol epizodu yaratmağa imkan vermədi. Müdafiədə bütün sahələri bağladılar. Çox çalışsaq da, qol vura bilmədik. Nəticədə, kubokla vidalaşdıq.

- “Qarabağ”la heç-heçələr seriyası nə vaxta qədər davam edəcək?

- Bizim qali gələ bilməməyimiziz səbəbi odur ki, hücumda kəsərli ola bilmirik. “Qarabağ” texnikalı komandadır. Topu özlərində yaxşı saxlayırlar. Həmçinin, hər iki komanda bir-birinin gücünə yaxşı bələddir. Ona görə də, ehtiyatlı oyuna üstünlük verilir.

- Son vaxtlar komandanızın uğursuz çıxışaları komandada hansısa çatışmazlığın olmasından xəbər vermir ki?

- Düzdür. Qış fasiləsindən sonra komandamız istədiyi oyunu tapa bilmir. Buna qədər çox yaxşı çıxış edirdik. “Xəzər Lənkəran”la oyunu nəzərə almasaq, bu il heç bir oyunda potinsialımızdan istifadə edə bilməmişik.  Bütün mövqelərdə yaxşı oyunçularımız var. Hücum xəttimiz daha güclüdür. Ancaq komanda şəklində oyunumuz alınmır.

- Öz oyunundan necə, razısan? Əvvəllər qollar vursan da, son oyunlar bunu səndən görmürük.

- Mən həmişə öz oyunumu analiz edirəm. Qış fasiləsindən sonra mənim oyunum da alınmır. Qol ötüməsi verə bilmirəm, qol vura bilmirəm. Qış fasiləsinə qədər beş qol vurmuşdum. Həm də yaxşı ötürmələr edirdim. Gərək bir kapitan kimi oyunu üzərimə götürəm. Bir şey fikirləşmək lazımdır.
 
- Premyer Liqanın final mərhələsinin ilk oyununda “İnter”lə qarşılaşacaqsınız. Bu oyuna hazırlıqlar necə gedir?

- Bütün fikrimizi çempionat oyunlarına yönəltmişik. “İnter” liderlər qrupunda olan komandadır.  Güclü müdafiə xətti var. Ancaq bizim də yaxşı hücumçularımız var. “İnter”in nə qədər güclü müdafiəsi olsa da boşluqlar olacaq. Bundan istifadə edib qol vurmağa çalışacağıq.  Öz meydanımızda nəyin bahasına olursa olsun, mütləq qalib gəlməliyik. Başqa yolumuz da yoxdur. Çünki fikrimiz Avrokuboklara düşməkdir. Bunun üçün ən azı ilk “üçlüy”ə düşməliyik.

- Komandanızda ab-hava necədir?

- Artıq başa düşürük önümüzə baxmalıyıq. Kubok oyununu unutmuşuq. Heç nəyi dəyişmək olmaz. Özümüzü toplayıb qalib gəlmək haqda düşünürük. Hər bir komandanın eniş nöqtəsi olur. Ümid edirəm ki, “İnter”lə oyunda yaxşı nəticə qazanıb, komandamızın enişdə olmamasını sübut edəcəyik.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki