O, Azərbaycan milli çempionatları tarixinin ən gənc baş məşqçidir. Söhbət Kamal Alispahiçin gedişindən sonra “Rəvan”a baş məşqçi təyin edilən Ramil Əliyevdən gedir. Məşqçiliyə necə gəlib? Onun üçün bu yaşda peşəkar bir komanda çalışdırmaq çətin deyil ki? Bu və digər suallarla Qol.Az saytının müxbiri R.Əliyevə müraciət edib.
- Ramil müəllim, neçə yaşınız var?
- 27.
- Azərbaycan Premyer Liqası tarixində ən gənc baş məşqçi olduğunuzu bilirdiniz?
- Düzü, fikir verməmişdim, sizdən eşitdim.
- Sizin barənizdə həm jurnalistlərdə, həm də azarkeşlərdə məlumat çox azdır. Bəlkə özünüz haqda bir qədər danışasınız.
- Doqquz yaşımdan Mərkəzi Ordu İdman Klubunun (MOİK – red.) uşaq-gənclər futbol məktəbində oynamışam. Sonra Yadigar Rəhimovun rəhbərliyi altında MOİK-in əsas heyətində çıxış etmişəm. Futbolu tez buraxdım. 2005-2007 ci illərdə MOİK-in aşağı yaş qrupunda baş məşqçi olmuşam. 2007-ci ildə isə birinci divizionda çıxış edən MOİK-in baş məşqçisi təyin olundum. İlk ilimdə komandamız uğurlu çıxış edərək güclülər dəstəsinə qoşuldu. Sonra rəhbərliyin qərarı ilə yeni baş məşqçi gəldi və mən əvəzedici heyəti çalışdırdımağa başladım. Elə oldu ki, MOİK yenidən birinci diviziona düşdü və yenə komanda mənə tapşırıldı. Yenidən Premyer Liqaya çıxdıq. Bundan sonra isə baş məşqçi kimi özüm işlədim.
- Belə deyək, sizə aid rekordu hələlik təkrarlayan olmayıb. MOİK-də işləyəndə də Premyer Liqada ən gənc baş məşqçi olmusunuz, “Rəvan”a keçəndə də..
- Elədir.
- Azərbaycan Premyer Liqasında təcrübəli mütəxəssislərlə mübarizə aparmaq sizə çətin deyil?
- Yox. Mən hansı işə qol qoyduğumu bilirdim. Məqsədimizə yavaş-yavaş nail olacağıq. Əsas komandamızın oyunudur. Kiminsə daha təcrübəli olması maraqlı deyil. Bu,məni narahat etmir. Biz ancaq öz oyunumuzü fikirləşirik.
- Komandanızda bəzi futbolçular var ki, yaşda sizdən böyükdür. Onlarla işləmək necədir?
- Yaş burda elə də rol oynamır. Klub rəhbərliyi mənə böyük iş tapşırıb. İnşallah, öhdəsindən gələcəyik. Özümü bu işə hazır bilməsəm “Rəvan”I qəbul etməzdim.
- Hansısa Avropa ölkəsində məşqçi kursu keçmək fikriniz var?
- Biz klub rəhbərliyi bu barədə danışmışıq. Onlar bu fikri müsbət qarşıladı. Müxtəlif klublarla danışıqlar gedəcək. Hələlik klubların adı məlum deyil. Ancaq fikrimiz var ki, bu yaxınlarda bunu həyata keçirək.
- Azərbaycan və dünyada bəyəndiyiniz məşqçi varmı ki, onlardan nəyisə öyrənməyə çalışırsınız?
- Günün yarısından çoxunu futbolda baş verən yenilikləri öyrənməklə məşğul oluram. Daim Avropa futbolundan nəyisə öyrənməyə çalışıram. Ölkəmizdə kifayət qədər təcrübəli mütəxəssis var ki, onlardan nəyisə öyrənmək olar. Amma futbol elə bir oyundur ki, hansısa güclü mütəxəssisin komandasının oyununa baxıb onu təkrarlamaqla uğur qazanmaq olmaz. Baş məşqçinin öz yolu olmalıdır. Kimisə təkrarlamamalıdır. Ona görə də mən çalışıram öz dəsti-xəttimlə gedəm.
- “Rəvan”ın güclü futbolçuları, yaxşı oyun quruluşu var. Ancaq bu gün komandanız turnir cədvəlinin son pillələrində qərarlaşıb. Bunun səbəbini baş məşqçi kimi nədə görürsünüz?
- “Rəvan” 11-ci yerə layiq deyil. Bu gün biz əzmkar bir komanda yaratmışıq. Çalışırıq ki, baxımlı futbol oynayaq. Bununla bərabər nəticə də çox önəmlidir.
- Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Xəzər Lənkəran” a 1:4 hesabı ilə məğlub oldunuz. Böyükhesablı məğlubiyyətin səbəbi nə oldu?
- Səbəb o idi ki, 14 gün ərzində 4-cü oyunumuza çıxırdıq. Hamısı da ağır keçirdi. Yorğunçuluq da sözünü dedi. Müdafiədə fərdi səhvlər etdik. Ancaq elə də pis oyun göstərmədik. Hesab 2:1 “Xəzər Lənkəran”ın xeyrinə olanda bir neçə qol imkanlarımız oldu ki, istifadə etsəydik, qalib gələrdik. Əsas istəyimiz qol vurmaq idi. Rəqib bizi iki dəfə əks hücumda yaxaladı. Oyunun müəyyən hissəsini çox yaxşı oynadıq. Gələcəkdə 90 dəqiqəni belə oynasaq yaxşı bir komandamız olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi