“Bakı” klubunun müdafiəçisi Şəhriyar Əliyevin Qol.Az saytına müsahibəsi
-Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə cavab oyununda mərhələni keçən tərəf oldunuz. İlk oyunda 1:1 hesabı qeydə alındığından “İnter”in şansı daha çox idi. Yarımfinala çıxmağa inanırdınız?
- “İnter”in şansı daha çox idi. Bunu nəzərə almışdıq və oyuna yaxşı köklənmişdik. Ancaq kubokda ikinci oyundan sonra hər şey aydın olur. Keçən il kubok oyununda öz meydanımızda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olsaq da, rəqib meydanında bir qol vurub oyunu penaltilərə apardıq və qalib gəldik. Ona görə də “İnter”lə oyunda da yarımfinala çıxacağımıza inam var idi.
- “İnter” nadir hallarda qapısından iki top buraxır. Belə güclü müdafiə olunan komandaya iki qol vurdunuz. Bunun üzərində işləmişdiniz?
- Bəli. Baş məşqçimiz məşqlərdə rəqibin zəif və güclü cəhətlərini bizə başa salmışdı. “İnter”i yaxşı analiz etmişdik. Standart vəziyyərlərdən qol vurmağı çox məşq etmişdik.
- Yeri gəlmişkən, dabanla vurduğun qol komandanı yarımfinala çıxarmaqla yanaşı, həm də kubokun ən gözəl qollarından oldu. Bu qol tam istədiyin kimi alındı, yoxsa bir qədər təsadüf oldu?
- Özümə güvənirdim. Bilirdim ki, standart vəziyyətdən qol vura biləcəyik. Düzü, topu başla vurmaq istəyirdim. Ancaq “İnter”in futbolçusu Abramidze məni dartdığı üçün hiss etdim ki, vura bilməyəcəm. Ona görə də ayaqla vudum. Yəni fikirləşdim və vurdum. Burda təsadüf bir şey yoxdur.
- Səncə, bu qol kubokun ən yaxşı qolu olmağa layiqdir?
- Mən bir söz deyə bilmərəm. Olsa, çox sevinərəm.
- “Altılığ”ın ilk oyununda “Nefçi” ilə qarşılaşacaqsınız. Bu oyuna necə yanaşırsınız?
- Çempionatda mümkün qədər irəli getmək istəyirik. “Neftçi” ilə oyuna da ancaq üçü xal üçün çıxacağıq. Başqa fikrimiz yoxdur.
- Turnir cədvəlinin lideri “Neftçi” ilə aranızda 14 xal fərqi var. Bu baxımdan demək olarmı ancaq hədəfiniz kubokdur?
- Əsas məqsədimiz kuboku qazanmaqdır. Ancaq kubokda rəqibimiz “Xəzər Lənkəran”dır. Bilirik ki, “altılıq”dan kənarda qalan rəqibiz ancaq kubok oyunlarını düşünür. Ona görə də bizi çətin oyun gözləyir. Bunları nəzərə alıb, hər ehtimala qarşı çempionat oyunlarında da var gücümüzlə çıxış etməliyik ki, ən azı ilk “üçlüy”ə düşək. Həm də “altılıq” komandalarının xal itirmək ehtimalları var. Bir neçə oyun qələbə qazansaq, ikinci, üçüncü pillələrə qədər qalxarıq. Ona görə də hər iki cəbhədə mübarizə aparacağıq.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı