“Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 22-ci turunda “İnter”lə oyunda bir xal sizi qane etdi?
- Çempionluğa oynayan “İnter”dən bir xal almaq pis nəticə deyil. Üç xal üçün oynayardıq. Bir neçə qol imkanımız olsa da, istifadə edə bilmədik. Oyunda üstün tərəf biz idik.
- “Qarabağ” bununla neçənci dəfədir ki, oyunda hər şey edir, qol vura bilmir. Komandanın ən təcrübəli futbolçularından biri kimi, bunun səbəbin nədə görürsən?
- Ön xətt oyunçularımız hər oyunda çox çalışırlar. “İnter”lə görüşdə də da qol vurmaq üçün irəli atılmışdılar. Ancaq top qapıdan keçməyəndə keçmir.
- Razısan ki, bu gün həm “Qarabağ”da, həm də Azərbaycan futbolunda hücumçu problemi var?
- Ola bilsin ki, bu problem var.. Yazırlar ki, guya “Qarabağ”da hücumçu yoxdur. Amma bizdə yaxşı hücumçu da var. Hər şey də qaydasındadır.
- Bombardirlər siyahısında bir nəfər azərbaycanlının olmamasına münasibətin necədir?
- Bunun səbəbi odur ki, “Qarabağ”dan başqa bütün komandaların hücum xəttində legionerlərdir. Əsasən də ilk “altılıq” komandalarında start heyətində bir nəfər də azərbaycanlı yoxdur. Bununla necə bombardir olsunlar? “İnter”lə oyunda komandamızda qapıçını çıxmaqla iki legioner oynayırdı. Admir Teli və Muarrem. Muarrem də azərbaycanlı kimidir. “İnter”də isə yeddi legioner oynayırdı. Başqa komandalar da “Qarabağ” kimi yerli futbolçulara şans versə, özlərini doğruldarlar. 5-10 oyundan sonra yerli futbolçuların yaxşı nəticələrini görmək olar. Ancaq onlara bu şans verilmir.
- AFFA-nın qərarına əsasən, “Qarabağ” qarşıdakı bir ev matçını azarkeşsiz keçirəcək. Bu, oyununuza təsir edə bilər?
- Onsuz da bizim azarkeşimiz əlli-altmış nəfərdən çox deyil. 20 min azarkeşlə oynasaydıq, fərqi hiss edərdik. Ona görə də azarkeşsiz oynamağın bizə elə də təsiri olmayacaq. Yeri gəlmişkən, fürsətdən istifadə edib, oyunumuza gələn azarkeşlərimizə təşəkkür edirəm.
- Səncə, azarkeşlərin azlığı nə ilə bağlıdır?
- Birinci növbətə əhalinin futbola marağı azdır. Həm də insanların çoxlu problemi var. Bilirsiniz ki, “Qarabağ”ın əsas azarkeşləri məcburi köçkünlərdir. Onların başı öz qayğılarına qarışır. Bilirik ki, oyuna gəlməsələr də, ürəkləri bizimlədir. Yavaş-yavaş bu problem də düzələr.
- Qarşıdan “Qəbələ”ylə kubokun cavab oyunu gəlir. Səfərdə 1:1-lik nəticə ilə şanslarınızı necə görürsən?
- “Qəbələ” ilə birinci oyunda yaxşı oynadıq. Üstünıük bizim tərəfimizdədir. Buna baxmayaraq, “Qəbələ” bizim üçün çətin rəqibdir. Oyuna elə yanaşmalıyıq ki, elə bil, Qəbələdə hesab 1:1 yox, 1:0 olub. Yəni arxayınlaşmamalıyıq.
- “Qəbələ”ylə hər oyunda bərabərlik qeydə alınır. Bu nə vaxta qədər davam edəcək?
- Deyərdim ki, ən yaxşı oyunumuz onlarla olur. Sadəcə, “Qəbələ” güclü olduğundan qalib gələ bilmirik. Ancaq üstün tərəf biz oluruq. “Qəbələ” bizə ya küncdən zərbədən, ya da asmadan qol vurur.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi