“Rəvan” klubunun yarımmüdafiəçisi Şəhriyar Rəhimovun Qol.Az saytına müsahibəsi
- Artıq Topaz Premyer Liqada təsnifat mərhələsi yekunlaşdı. Komandanızda ümumi vəziyyət necədir?
- Normaldır. “Xəzər Lənkəran”la kubokun ilk oyununda yaxşı nəticə qazansaydıq, daha yaxşı olardıq. Cavab oyunundan sonra vəziyyətimiz bilinəcək.
- Çempionat başlayanda əsas hədəfiniz nə idi?
- Rəhbərlik qarşımıza məqsəd qoymuşdu ki, sona qədər ilk “altılıq” uğrunda mübarizə aparaq. O da alınmadı.
- İndi də yəqin avrokuboklara düşmək istəyirsiniz.
- Əlbəttə. Hamı bunu istəyir. İndi bütün bütün fikrimizi “Xəzər Lənkəran”la oyuna yönəltmişik. Hələlik bu oyunu düşünürük. Mərhələni keçə bilsək, onda Avropada oynamaq haqda düşünəcəyik.
- “Rəvan”ın kifayər qədər yaxşı futbolçuları olsa da, bu gün turnir cədvəlinin son pillələrində qərarlaşıb. Bunun səbəbi nədir?
- Səbəbin dəqiq deyə bilmərəm. Bu gün biz turnir cədvəlində 11-ci yerdə olmağa layiq deyilik. Futbolda belə gözlənilməz nəticələr olur. Çempionat başlayanda hamı deyirdi ki, “Simurq” ilk “altılığ”a düşə bilməyəcək. Ancaq “Simurq” lider də oldu. İlk “altılıq”da yerini rəsmiləşdirən ilk komandalardan oldu. Biz də çempionat başlayanda iddialıydıq. İş elə gətirdi ki, belə alındı.
- Tez-tez baş məşqçi dəyişikliyi də buna səbəb ola bilər?
- Əlbəttə. Bunun böyük mənfi təsiri var. Kimisə nə tərifləmək, nə də pisləmək istəyirəm. Ancaq hər baş məşqçi gələndə öz taktikasını yeridir. Bunu futbolçulara başa salana kimi xeyli vaxt gedir. Bu da komandanın oyununa təsir edir. Nəticədə ziyan komandaya dəyir.
- Klub rəhbərliyi bəyan edib ki, “Rəvan” növbəti mövsümdən çempionatda iştirak etməyəcək. Buna siz futbolçuların münasibəti necə oldu?
- Bu, klub rəhbərliyinin qərarıdır. Futbolçular bu qərara təsir edə bilməzlər. Mən istəməzdim “Rəvan” kimi komanda dağılsın. Yaxşı futbolçularımız, mübariz komandamız var. Belə bir klubun dağılmasını heç birimiz istəmirik.
- Bu qərar futbolçulara necə təsir etdi?
- Bütün futbolçulara bu xəbər çox pis təsir etdi. Eşidəndə ki, oynadığın komanda dağılacaq, bu adama necə təsir edər? Ümid üdirəm ki, rəhbərlik qərarını dəyişər. Ancaq yenə deyirəm, biz bu qərara qarışa bilmərik.
- Yeni baş məşqçiniz Ramil Əliyev haqda nə deyə bilərsən?
- Ramil müəllim cavan məşqçi olmağına baxmayaraq, futbol anlayışı yaxşıdır. Bunu məşqlərdə və oyunlarda da görürük. İnşallah, yaxşı qələbələrlə onun və özümüzün adımızı ucaldarıq.
Ramiq AĞAMƏMMƏDOV
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı