“Qəbələ” klubunun baş meneceri Zaur Əzizov komandalarının Topaz Premyer Liqanın təsnifat mərhələsindəki çıxışları ilə əlaqədar Qol.Az saytının suallarını cavablandırıb
- Təsnifat mərhələsində “Qəbələ” qarşısına qoyduğu məqsədə çatdı, yoxsa daha yüksək pillələrdə olmağı gözləyirdiniz?
- Təsnifat mərhələsində hədəf ilk “altılığ”a düşmək və daha yüksək yerdə olmaqdır. Birinci “altılığ”a vəsiqə qazansaq da, işimizin öhdəsindən tam gələ bilmədik. Yəni daha yuxarı yerdə də ola, daha çox xal toplaya bilərdik. Amma onu da deyim ki, əsas işimiz bundan sonra başlayır. Biz çalışacağıq ki, “altılıq” oyunlarında hədəfimizə doğru irəliləyək.
- Hədəfiniz Avroliqada oynamağa imkan verən yerlərdən birini tutmaqdır?
- Məqsədimiz çempionluqdur. Alınmasa, Avroliqa üçün oynayacağıq. Final mərhələsində hələ on oyun var. Bu oyunlarda yaxşı nəticə göstərib, birinci pilləyə qalxa bilərik.
- Amma təsnifat mərhələsinin son turunda AZAL-a böyükhesabla məğlub oldunuz. İlk “altılıq” ərəfəsində belə acınacaqlı məğlubiyyət sizi narahat etmir?
- Düzdü, bu, “Qəbələ”yə yaraşmayan bir məğlubiyyət oldu. Amma unutmayaq ki, futbolda bu cür hallar da yaşanır. Məğlubiyyətin səbəbi “altılığ”a düşməyin yaratdığı arxayınçılıq ola bilər. Hər halda bu məğlubiyyəti komanda şəklində təhlil edib nəticə çıxarmaq lazımdır. Bəlkə də bu məğlubiyyət “altılıq” oyunları öncəsi vəziyyətimizi analiz etmək baxımından yerinə düşdü.
- Ola bilərmi ki, “Qəbələ” əsas gücünü “Qarabağ”la kubok oyununa saxladığı üçün belə məğlubiyyətlə üzləşdi?
-Yox. Çünki AZAL-la oyun da bizim üçün çox vacib idi. Sadəcə olaraq, arxayınçılıq bizə baha başa gəldi.
- Məğlubiyyətdən sonra klub rəhbərliyinin məşqçi və futbolçularla söhbəti olub?
- Hər bir klub böyük hesabla uduza bilər. Amma bir məğlubiyyətə görə komandada gərginlik yaratmaq olmaz. Əsas odur, ilk “altılığa”a düşmüşük. Sadəcə, bundan sonrakı oyunlara daha yaxşı hazırlaşmaq və məğlubiyyəti unutmaq lazımdır.
- “Qəbələ” üçün Avroliqaya kuboku qazanmaqla getmək daha rahatdır, yoxsa Premyer Liqada ilk üçlüyə düşməklə?
- Bizim üçün fərqi yoxdu, hansı şəkidə getmək.Əsas odur ki, ora gedək. “Qəbələ”yə ilk üçlüyə düşmək də uğurlu olacaq, kuboku qazanmaq da.
- Qarşıda “Qarabağ”la Azərbaycan kubokunun cavab qarşılaşması var. Ağdam klubu ilə son vaxtlar keçirdiyiniz görüşlər heç-heçə yekunlaşır. Bu hal nə vaxta qədər davam edəcək?
- Biz də istəyirik, bərabərliyə son qoyaq və qələbə qazanaq. Cavab oyununda bizə birdən artıq qollu heç-heçə də sərf edir. Amma bütün hallarda oyuna bərabərlik yox, qələbə üçün çıxacağıq. “Qarabağ” bizim üçün çətin rəqib olsa da, komandamızın səfər oyunlarında uğurlu nəticələr qazandığını unutmayaq. İnaniram kı , bu dəfə də bizim üçün uğurlu olacaq və qələbə qazanacağıq.
- Bu həftə Topaz Premyer Liqada “İnter”lə oynayacağınız görüş barədə nə deyə bilərsiniz?
- “İnter”lə görüşdə bizim üçün vacibdir. Amma hazırda əsas diqqətimizi “Qarabağ”la olan oyuna yönəltmişik.
- Bəs, bu iki rəqibdən hansı sizin üçün daha çətindir?
- Hər ikisi.
Aysel BƏXTİYARLI
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi