Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın təsnifat mərhələsi başa çatdı. Geridə qalan oyunlarla bağlı nə deyə bilərsiniz? Komandaların çıxışı sizi qane etdi?
- Oyunlar normal keçdi. Sensasiyalı nəticələr də oldu.
- Keçən mövsümdən fəqli nələr baş verdi?
- Sözsüz ki, fərq oldu. Həm yaxşı, həm də pis tərəfdən fərqli nəticələr qeydə alındı. Yaxşı tərəfi göz qabağındadır. İddialı komandaların sayı artıb. Onların arasında daha gərgin mübarizə gedir.
-“Xəzər Lənkəran”ın ilk “altılığ”a düşə bilməməsini necə qarşıladınız?
- Ən böyük sensasiyalardan biri “Xəzər Lənkəran”ın ilk “altılığ”a düşə bilməməsi oldu. Mən buna çox təəccübləndim.
- Hakimlərin idarəçiliyilə bağlı nə deyə bilərsiniz?
- Oyunları orta səviyyədə idarə etdilər.
-Elçin Məmmədov “Rəvan” – “Qarabağ” oyununda səhvə yol vermişdi. Onun cəzası neçə oyunu əhatə edir?
- Bu haqda məlumatım yoxdur.
- Bu mövsümün tapıntısı olan futbolçuya rast gəldiniz?
- “Sumqayıt”ın yaxşı gənc futbolçuları var. Orxan Əliyev, Pərdis Fərcad Azadın adını qeyd edə bilərəm. Bundan başqa “Qəbələ”nin oyunçuları Amit Quluzadə və Ürfan Abbasov gözəl oyun nümayiş etdirir. AZAL-ın futbolçusu Cavid Tağıyev oyunu da xoşuma gəlir. Yaxşı futbolçularımız var. Bundan sonra daha yaxşıları olacaq.
- Sizcə, hansı komanda ilk “altılığ”a layiq olsa da, ora düşə bilmədi?
- Yaxşı oyun göstərib ilk “altılığ”a düşməyən komandalar oldu. Komandaları bir-birindən ayırmaq istəməzdim. Sadəcə, bir daha deyirəm, “Xəzər Lənlkəran” ın “altılıq”dan qıraqda qalması məni təəcübləndirdi.
- Bombardirlər siyahısında bir nəfər də azərbaycanlı futbolçu görmürük. Bu siyahıya baxanda hansı hisslər keçirirsiniz?
- Bizə maraqlı odur ki, çempionat maraqlı keçsin. Yaxşı qollar olsun. Bu sualı məşqçilərə verin. Mən tərəfdarıyam ki, o siyahıda yerli futbolçularımız olsun. Neynəmək olar?
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil