“Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Ölkə kubokunun 1/4 final mərhələsində “Qəbələ” ilə oyununuz var. Bu matç haqqında nə düşünürsən?
- Qış fasiləsindən sonra “Qəbələ” ilə çempionatda qarşılaşdıq. Çox gərgin bir oyun keçdi. Qarşıda bizi çox çətin kubok oyunları gözləyir. Bildiyiniz kimi “Qəbələ” öz meydançasında yaxşı oyun nümayiş etdirir. Ona görə də bilirik ki, bizi çətin sınaq gözləyir. Biz həm çempionluğa, həm də kuboka, yəni “qızıl dubl”a köklənmişik. Ona görə də var gücümüzlə çıxış edəcəyik. Bizi asan oyun gözləmir. Çalışacağıq səfərdən sərfəli hesabla dönək ki, ikinci oyunda işimiz çətin olmasın.
-“Qəbələ” ilə keçən il də 1/4 final mərhələsində qarşılaşmışdınız. Həmin “Qəbələ” ilə indiki arasında nə kimi fərq görürsən?
-Keçən il doğrudan da “Qəbələ” ilə gərgin oyunlarımız oldu. Çətinliklə yarımfinala çıxdıq. “Qəbələ” bu il Ramiz Məmmədovun başçılığı altında daha da güclənib. Yeni transferlərlə komandaya yeni nəfəs gəlib. Son turda “Xəzər Lənkəran”a qalib gəldikləri oyunda da bunu göstərdilər. Ona görə düşünürəm ki, “Qəbələ” yaxşılığa doğru fərq var.
- Bəs sizin komandada bu bir ildə nə dəyişib?
-Keçən il biz avrokuboklardan uzaq qaldıq. Deməzdim ki, keçən il çox pis çıxış etdik. Bu il də rəhbərlik qarşımıza çempion olmağı məqsəd qoyub. Həm baş məşqçimiz, həm də biz rəhbərlik qarşısında söz vermişik ki, çempionluq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bizim komandamız da inkişafa doğru gedir. Yeni transferlərimiz özlərini doğrultmağa çalışır. Oyunumuzu ən azı belə saxlasaq, istədiyimiz nəticələri qazanacağıq. Bu il bizdə istək daha çoxdur.
- Rəqibinizin güclü hücum xətti var. Ancaq razısan ki, bu gün “Qarabağ”ın hücum xətti heç də yaxşı təsir bağışlamır?
- Onunla razıyam ki, “Qəbələ”nin hücum xəttində bizim üçün təhlükəli futbolçular var. Hər oyunda biz onların gücünnün şahidi oluruq. Ancaq bizim hücum xəttimiz zəif olması fikri ilə razılaşmıram. Bizdə indi zədəli olsa da ,Subaşiç kimi hücumçu var. Bundan başqa Vaqif Cavadov, Vüqar Nadirov, Əfran İsmayılov kimi oyunçuları də nəzərə alsaq, bizim hücum xəttini Azərbaycanda ən güclülərdən hesab etmək olar. Düşünürəm ki, getdikcə daha yaxşı olacaq və hücum xəttimiz də öz sözünü deyəcək.
- Son vaxtlar komandanızın qollarını əsasən müdafiəçilər vurur.
- Bunun yaxşı tərəfi də var. Müdafiəçinin qol vurması çox yaxşı haldır. Bizdə Allaha şükür ki, elə müdafiəçilər var. Mən Ansi Aqollini fərqləndirmək istəyirəm ki, hücuma yaxşı qoşulur. Bu, onun təcrübəsindən irəli gəlir.
-Rəqibin güclü hücumçularından bir qapıçı kimi ehtiyat edirsən?
- Yox. Heç bir hücumçudan çəkinmirəm. “Qəbələ”nin hücum xətti doğurdan da güclüdür. Amma biz çalışacağıq ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirib rəqibin hücumçularını zərərsizləşdirək.
- Mart ayında millimizin oyunları var. O oyunlarda yığma komandamızın qapısını qorumağa hazırsan? Berti Foqtsdan təklif gözləyirsən?
- Əlbəttə. Mən özümü millidə oynamağa tam hazır sayıram. “Qarabağ”ın heyətində bütün oyunlarda çıxış edirəm. Mən neçə il milli komandada oynamışam. Yenə də dəvət gözləyirəm. Əgər belə bir dəvət gəlsə, canla-başla əlimdən gələni edərəm ki, millimizə kömək edim.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi