Topaz Premyer Liqanın 21-ci turunda "Qəbələ" öz meydanında "Xəzər Lənkəran"a 2:0 hesabı ilə qalib gəlib. Bununla da onlar ilk “altıqda yerini rəsmən təmin edib.
Matçdan sonra “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Qol.Az saytının suallarını cavablandırıb
- Əvvəlcə “Xəzər Lənkəran”a qalib gəldiniz oyunla bağlı fikirlərinizi bilmək istərdim.
- Bu görüş ilk “altılığ”a düşmək üçün son şansımız idi. Uduzmaq bizə heç cür sərf etmirdi. Biz ilk “altılığ”a layiq komandayıq. Futbolçular verdiyim tapşırığın öhdısindən gəldilər və layiqli qələbə qazandıq.
- Razısınız ki, “Xəzər Lənkəran”ın müdafiəsində problem var? Çünki artıq bu oyunu da nəzərə alsaq, rəqibiniz üç oyuna qapısından yeddi top buraxıb.
- Mən ancaq öz komandama cavabdehəm. Bir məşqçi kimi rəqibdə olan boşluqları analiz eləməliyəm. Həmin boşluqları tapıb futbolçulara göstəriş verməliyəm. Kimin harda nə boşluğu var, onu bilirik. “Xəzər Lənkəran”ın daxili işinə qarışmaq istəmirəm.
- Demək istəyirsiniz ki, rəqibin müdafiəsindəki boşluqlardan bu gün istifadə etdiniz?
- Əlbəttə. Bundan başqa bilirdik ki, onları ancaq qələbə qane edir. Ona görə də irəli atılacaqlar. Biz də bu boşluqlardan istifadə etdik. Aleksandr Çertoqanovun zədələnməsi oyunumuza bir az təsir etdi. Lakin Yaşar Abuzərov sonradan onun yoxluğunu hiss etdirmədi.
- Artıq neçənci matçdır ki, hücumçularınız yüzfaizlik qol imkanlarından yararlana bilmir. Qarşıdan çətin ilk “altılıq” oyunları gəlir. Bu problemlə bağlı nə kimi tədbir görməyi nəzərdə tutursunuz?
- Mən komandamın oyununda gündən-günə inkişaf etdiyinə inanıram. Futbolçular artıq bir-birinə uyğunlaşırlar. Yadınızdadırsa, yeni transferimiz Valentiç, Emeqara Antalyadakı son oyunda bizə qoşuldu. Ona görə də yeni transferlərin komandaya uyğunlaşması üçün məşqlərimizi artıracağıq. Yeni futbolçular da komandaya tam uyğunlaşandan sonra daha yaxşı “Qəbələ” görəcəksiniz. Dediyiniz problemlər də getdikcə aradan qalxacaq. Futbolda belə hallar olur.
- Hakimin idarəçiliyindən razı qaldınız?
- Azərbaycan hakimliyi çox yaxşı səviyyədədir. Cavan hakimlərimizin də ustalıq səviyyəsi günü-gündən artır. İnanıram ki, gələcəkdə bizim hakimlər də Çempionlar Liqasının və Avropa Liqasının qrup oyunlarını idarə edəcəklər. Bizim oyuna gəldikdə, Fariz Yusifovun idarəçiliyinə söz ola bilməz.
- Ancaq “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes bildirib ki, hakim oyunu pis idarə edib və onların haqlı penaltisini verməyib.
- Mən belə şeylərlə maraqlanmıram. Oyunun hakimi var. O özü bilir, görüşü necə idarə etmək lazımdır. Şəxsən mənim komandam uduzanda, günahı hakimlərin üzərinə atmamışam. Hakimdə günah axtarmaqdansa, yaxşı oyun göstərmək lazımdır. Mən bu gün fikirləşməliyəm ki, “İnter”ə hansı səhvlərimizə görə uduzduq, harda boşluqlar buraxdıq, əlimizə düşən imkanlardan niyə yararlana bimədik? Əgər Yannik Kamanan lap əvvəldən əlinə düşən qol imkanlarından istifadə etsəydi, bu gün qol sayına görə Kanalesdən irəlidə olardı.
-Qarşıdan kubok oyunları gəlir. Rəqibiniz “Qarabağ” olacaq. Keçən mövsümdə də kubokdan sizi məhz bu komanda uzaqlaşdırmışdı. Bu oyundan nə gözləyirsiniz?
- Hər iki cəbhədə mübarizə aparacağıq. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaq və medallar uğrunda mübarizə aparmaqdır. Bizim üçün bu gün Avropaya ən yaxın yol kubokdur. Çalışıcağıq ki, “Qarabağ” səddini keçək.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı