AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Qol.Az saytına müsahibəsində Premyer Liqadakı hakim səhvləri səbəbindən “Rəvan” klubunun çempionatı tərk etmək istəməsi ilə bağlı bəyanatına münasibət bildirib
- “Rəvan” klubunun çempionatdan imtina etmək istəməsilə bağlı qərarını necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bu, doğru deyil. Onlar ilk dəfə deyil ki, hakimlikdən narazılıq edir. Amma əvvəl heç belə reaksiya vermirdilər. Görünür, “Rəvan” artıq futboldan doyub. Onlar ikinci altılıqda oynamaq istəmirlər. Azərbaycanda 2015-ci ilə qədər futbolun inkişafı ilə bağlı dövlət proqramı var. Görünür, bunra hansısa təxribat etmək istəyirlər.
- “Rəvan” iddia edir ki, “Qarabağ”a qarşı dünənki oyunda hakim Elçin Məmmədov ciddi səhvlərə yol verib.
- Bəli, hakimin səhv qərarları olub. Konkret olaraq, 34-cü dəqiqədə “Qarabağ”ın qapısına penalti təyin edilməliydi. Amma o, düzgün mövqe tutmadığı üçün səvh qərar çıxardı. “Rəvam”ın futbolçusuna göstərilən qırmızı vərəqə isə doğru idi. Onu da qeyd edim ki, 83-cü dəqiqədə “Rəvan”ın da qapısına penalti təyin edilməli idi.
- Yəni siz “Rəvan”ın narazılığını əsaslı sayırsınız?
- Müəyyən epizodlarda bağlı hə. Amma bu o demək deyil ki, komanda çempionatdan imtina etməlidir. Bu gün klub rəsmiləri deyib ki, gələn mövsüm çempionatda oynamaq istəmirlər.
- Bunu necə qiymətləndirirsiniz?
- Bu, qeyri-peşəkar yanaşmadır. Futbolda hakim səhvləri həmişə olub və olacaq. Səhvə qalanda, onda gərək “Barselona” “Milan”la oyundakı ilk qola görə də Çempionlar Liqasından imtina etsin.
- Elçin Məmmədovun səhvə yol verdiyini etiraf etdiniz. Ona hansısa cəza veriləcək?
- Həmin oyundakı mübahisəli epizodlarla bağlı müzakirə aparıb qərarımızı verəcəyik.
- Dünən baş tutan daha bir görüş - “Simirq” - “Bakı” oyunundan sonra qonaq komandanın baş məşqçisi deyib ki, onların vurduğu qol qeydə alınmalıydı.
- “Simurq”un qapısına penalti haqlı olaraq təyin edildi. Amma penalti zərbəsindən sonra top qapı tiri və dirəyə qayıdıb dönürsə, 11 metrlik cərimə zərbəsini yerinə yetirən futbolçu topa təzədn zərbə vurursa, o zaman hakim oyunu saxlayır və sərbəst zərbə təyin edir. Yaxşı olar ki, futbol qaydalarını bilməyənlər bunu öyrənsinlər.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı