Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın hazırkı gedişatı ilə bağlı fikirləriniz necədir?
- Sevindirici haldır ki, çempionluq üçün dörd komanda mübarizə aparır. Bundan başqa medallar uğrunda səkkiz komanda yarışır. Bunlar ilk “altılıq”da olan komandalar, “Bakı” və AZAL-dır. Çempionatda maraqlı mübarizə gedir. Klubların maddi vəziyyətinin yaxşı olması imkan verir ki, istədikləri legionerləri komandaya cəlb etsinlər.
- İki turdan sonra çempionatın final mərhələsi başlayır. Bu zaman diqqət əsasən ilk “altılığ”ın oyunlarına yönələcək, ikinci “altılığ”a isə çox maraq olmayacaq. Bu baxımdan “altılıq” sistemini necə qiymətləndirirsiniz?
- Sizinlə tamamilə razıyam. Burda ikili standart var. İlk “altılıq” oyunları çox vacib və maraqlı olsa da, ikinci “altılıq” oyunları əhəmiyyətsizdir. Ardıcıl iki ildir ki, sonuncu pillədə yerləşən iki komandanın güclülər dəstəsini tərk etməməsi ikinci “altılıq” oyunlarını daha da mənasız edib. Bu dəfə də belə olacaq. Oyunçularda motivasiya olmur. Burda əsas zərbə futbolçulara, komandaya dəyir. Çünki oyunların əhəmiyyəti olmayanda klub rəhbərliyi də komandaya çox diqqət ayırmır.
- Siz təcrübəli mütəxəssis kimi hansı sistemi uyğun bilirsiniz?
- Yaxşı olardı ki, oyunların sayı artsın. Yəni bütün komandalar iki dəfə yox, dörd dəfə qarşılaşsınlar. Belə olsa, axıra qədər bütün oyunlar maraqlı və əhəmiyyətli olardı. Oyunların sayı nə qədər çox olarsa futbolçularda o qədər inkişaf olar. Avropa ölkələri də bu sistemlə oynayır. Ancaq hər bir sistemin yaxşı və pis tərəfləri var. Oyunalrın sayının artması milli komandamıza mane ola bilər. Buna görə də millinin təli-məşq toplanışlarını azaltmaq olar. Avropa bu sistemlə oynaya bilirsə, deməli, biz də də bunu tədbiq etmək olar. İnkişafa Avropa ilə getmək olar. Gez-tez Avropaya uyğunlaşmalıyıq. Ona görə də klub və federasiya rəhbərləri bunu müzakirə edib uyğun bir sistemə keçməlidir.
- Sizcə, çempionluğa daha layiq oyun göstərən komanda hansıdır?
- Hazırda ilk “altılıq”da bir-birindən açıq şəkildə üstün oynayan komanda yoxdur. Hər biri çempion olmağa layiqdir. Sadəcə, komandaların qalxan və enən dövrləri olur.
- “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı”dan hansının ilk “altılıq” şanslarını daha çox görürsünüz?
- Bu siyahıdan AZAL-ı silmək olmaz. Futbol gözlənilməz bir oyundur. Ona görə də AZAL cüzi şansından istifadə edə bilər. AZAL-dan başqa digər üç komandanın şansı öz əlindədir. AZAL isə iki oyunu udsa belə, taleyi digər oyunlardan asılıdır.
- Premyer Liqanın 21-ci turunda “Neftçi” “İnter”i qəbul edəcək. Bu oyun haqda nə düşünürsünüz?
- Oyunun gərgin keçəcəyi gözlənilir. Çünki komandalar turnir cədvəlində birinci və ikinci yerlərdədir. Həm də bu oyun yaxşı hücum edən komanda ilə inamlı müdafiə olunan komandanın oyunu olacaq. Oyunda məşqçilərin seçdiyi taktikadan çox şey asılı olacaq. Daha çox etiyatlı oynayan komanda qalib gələcək.
-“İnter”də son vaxtlar hücum futboluna keçib.
- “İnter”in üstünlüyü stabil heyətinin olmasıdır. Belə olanda oyunda stabil olur. Artıq “İnter”in oyunçuları neçə ildir ki, bir yerdə oynayırlar. Baş məşqçinin oyun sistemi komandaya oturub. Buna görə “İnter” istədiyi oyunu göstərə bilər.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı