“İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun Qol.az saytına müsahibəsi
- Premyer Liqanın 20-ci turunda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldiniz. Bu oyunla bağlı fikirlərini bilmək istərdim.
- Oyun bizim üçün ağır keçdi. Əsas da birinci hissədə imkanlarımızdan aşağı çıxış etdik. Ancaq ikinci hissədə baş məşqçimiz tapşırdı ki, belə olmaz, artırmaq lazımdır. Biz mümkün qədər baş məşqçinin tağşırıqlarını yerinə yetirdik və qalib gəldik.
-Səncə, matçda hansı tərəf üstün oyun nümayiş etdirdi?
-Birinci hissə “Qəbələ” yaxşı təsir bağışladı. İkinci hissədə isə üstün tərəf biz idik. Ümumi götürəndə bərabər səviyyəli oyun getdi.
- İkinci hissədə siz hansı göstəricilərdə rəqibi üstələdiniz?
- Topu özümüzdə çox saxlayırdıq. Orta xətti gücləndirdiyimiz üçün hücuma daha yaxş çıxırdıq.
-“Qəbələ” tərəfi bildirir ki, daha yaxşı oyun göstəriblər. “İnter” qolları təsadüfdən vurub.
- Qollara təkrar baxanda da görünür ki, təsadüf deyil. Əsas da ikinci qol bizim ənənəvi qollarımızdandır. Bizim üstün cəhətlərimizdən biri oyunda yaxşı açılmaqdır. İkinci qolu da belə vəziyyətdən vurduq. Bu, baş məşqçinin tapşırığı idi.
-Növbəti oyununuz “Neftçi”ylədir. Bu oyun haqda nə deyə bilərsən?
-Oyuna çox ciddi hazırlaşırıq. Bilirik ki, ağır oyunlardan biri olacaq. Hamı “Neftçi”nin gücün bilir. Üstəlik “Neftçi” meydan sahibi olacaq.
- “Neftçi”ni hansı rəqiblərdən hesab edirsiniz?
-Ən güclü rəqiblərdən biri hesab edirik. Komandanın gücünə söz yoxdur. Yaxşı komanda yaradıblar. Həm komanda, həm də fərdi şəkildə yaxşı oynayırlar.
- Siz “Neftçi”ni özünüzə güclü rəqib hesab edirsiniz. Amma “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev növbəti dəfə bildirib ki, Azərbaycanda “Neftçi”yə rəqib yoxdur.
-Böyükağa müəllimin fikrinə münasibət bildirmək istəmirəm. Onun şəxsi fikridir.
- Nədənsə, heç kim bu fikrə münasibət bildirmək istəmir. Ancaq ən azından qeyd edə bilərsiniz ki, biz “Neftçi”yə rəqibik.
- Mən onun fikrinə qarşı nəsə desəm, mənə deyə bilər ki, şəxsi fikrimdir. Ürəyim istəyir, belə deyirəm. Ona görə də “Neftçi” ilə oyunu gözləmək lazımdır. Bu oyunda o məsələlərə aydınlıq gələcək.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı