“İnter” klubunun yarımmüdafiəçisi Samir Zərgərovunun Qol.Az saytına müsahibəsi
-Premyer Liqanın 20-ci turunda “Qəbələ” ilə qarşılaşdınız və 2:1 hesabı ilə qalib gəldiniz. Bu oyunla bağlı fikirlərini bilmək istərdim.
-“Qəbələ” Azərbaycanda ən güclü komandalardandır. Yaxşı hücumçuları var. “Qəbələ”ilə oyunumuz həmişə çətin alınır. Son qarşılaşma bu çempionatda ən çətin oyunlarımızdan biri oldu. Qələbə qazandığımız üçün çox sevindik.
-Artıq iki oyundur ki, meydana ikinci hissədə daxil olub qol vurursan. Səncə, start heyətdə yer alsan komandana daha çox xeyir verməzsən?
-Düzdür, ilk onbirlikdə yer almıram. Amma sevindirici haldır ki, iki oyundur komandamın qələbəsi üçün vacib qol vururam. İkinci hissədə meydana çıxmağıma gələndə isə bu, baş məşqçinin taktikasıdır. Yəqin belə lazım bilir.
-Turnir cədvəlinə qırx xalla başçılıq edirsiniz. Sizdən sonrakı pillələrdə “Neftçi”, “Simurq” və “Qarabağ” qərarlaşıb. Çempionluq yolunda bu komandalardan hansı sizə daha çox mane ola bilər?
-Çempionatda “altılıq” sistemi olduğuna görə, deyərdim ki, “altılıq”da olan komandaların beşini də özümüzə çətin rəqib bilirik.
-“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev yenə də bildirib ki, Azərbaycanda “Neftçi”yə rəqib yoxdur.
-Bu, Böyükağa Hacıyevin fikridir. Mən onun fikrinə qarışa bilmərəm. Onu deyə bilərəm ki, mayda çempionun kim olduğu bilinəcək. Onda bu haqda danışarıq.
-Demək istəyirsən çempion siz olacaqsınız?
-Bu haqda danışmaq istəmirəm. Bunu zaman göstərəcək.
-Elə növbəti oyununuz da “Neftçi”ylədir. Yəqin sübut etməyə çalışacaqsınız ki, “Neftçi”yə Azərbaycanda rəqib var.
-“Neftçi” həmişə güclü komanda olub. İndi də yaxşı oyun nümayiş etdirir. Çətin oyun gözlənilir. Çünki aramızda iki xal fərq var. “Neftçi” üç xal qazanıb lider olmağa çalışacaq. Biz də qalib gəlsək, vahid liderliyimizi qoruyacağıq. Ancaq “Neftçi” bizim üçün digər “altılıq” komandalarından fərqlənmir.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı