“Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 20-ci turunda “Rəvan”a məğlub olduqları oyun (0:2) və istefa vermək istəməsi ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- “Rəvan”a uduzduğunuz oyun haqda nə deyə bilərsiniz?
- Nəticə hər şeyi göstərdi. Biz qələbə qazanmaq istəyirdik. Hücum fubolu oynamaq fikrindəydik. Çox təəssüf ki, yenə də futbolçularım verdiyim tapşırıqları yerinə yetirə bilmədilər. Meydanda gözlədiklərimin əksini gördüm. “Rəvan” bizdən birbaş üstün idi.
- Oyundan sonra istefa vermək istədiyinizi bildirdiniz. Bu fikriniz qətidir?
- Oyundan sonra belə fikir bildirdim. Ancaq klub rəhbərliyi ilə danışdım, onlar da mənə bidirdilər ki, qalsam, yaxşı olar. Mən də qalmağa qərar verdim. Çünki belə bir vaxtda komandanı atıb getmək düz olmaz.
- Sizcə, istefa vermək çıxış yoludur?
- Məncə, yox. Komandanı bu şəraitdə tərk etmək istəməzdim. Mən yenə də məsuliyyəti öz üzərimə götürəcəyəm. Bu işə başlamışıqsa gərək axıra qədər gedək.
- Futbolçularda sizi nə qane etmir?
- Demək olar ki, bir çox xətlərdə problemimiz var. Məncə, futbolçularımızın bacarığı budur. Bundan artığını onlardan tələb etmək bəlkə də düz olmaz. Bizə şərait və vaxt lazımdır.
- Futbolçular barədə rəhbərliklə söhbət etmisiniz?
- Rəhbərliklə bu barədə söhbət etməyə lüzum bilmirəm. Çünki bu futbolçuları biz gətirmişik. Bacardığımız qədər yaxşı fubol oynamaq istəyirik. Özümüzdən Amerika kəşf edə bilmərik.
- Komandanı bu vəziyyətdən çıxarmaq üçün çıxış yolunu nədə görürsünüz?
- Axıra qədər mübarizə aparmalıyıq. Mümkün qədər çox xal yığmalıyıq. Məğlub olduqca futbolçularda həvəsdən düşür. Amma biz gərək ruhdan düşməyək. Məşqlərimizi davam etdirməliyik. Çalışıb bacardıqca xallarımızı artırmalıyıq.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı