“Bakı”nın müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqasının 20-ci turunda keçmiş komandan AZAL-la qarşılaşdınız. Oyun barədə nə deyə bilərsən?
- AZAL-la oyuna ancaq qələbə üçün çıxmışdıq. Bu oyunda uduzsaydıq, ilk “altılıq” şansımız daha da azalacaqdı. Bu oyun bizim üçün altı xallıq oyun idi. AZAL-ın da bizim kimi 23 xalı vardı. Ona görə oyun gərgin keçdi. Komandamız əzmkar oynadı. Deyərdim ki, bütün göstəricilərdə AZAL-dan üstün oynadıq. Layiqli qələbə qazandıq.
- İkinci hissədə zədə aldın. Növbəti oyunu buraxa bilərsən? Zədən nə dərəcədə ciddidir?
- Bir az qabırqamda zədə var. Sabah rentgenə düşəcəyəm. Məncə, zədə elə də ciddi deyil.
- Keçmiş komandana qarşı oynamaq səndə hansı hisslər yaratdı? Hardasa prinsipiallıq var idi?
- Yox. Bu, adi oyunlar kimi idi. Mənim AZAL rəhbərliyi ilə heç bir problemim olmayıb. Heç kimə qarşı kinim yoxdur. Tək mənim yox, bütün komandamızın məqsədi bu oyunda qələbə qazanmaq idi. Hər bir oyuna üç xal üçün çıxırıq. AZAL-la oyunumuz da belə oyunlardan biri idi.
- AZAL-a vurduğun qolla həm də Vaqif Sadıqova sübut etdin ki, əsas heyyətdə oynamağa layiqsən?
- Mən AZAL-da altı il oynamışam. Orda nə əmim olub, nə də dayım. Vaqif Sadıqova qədər 3-4 məşqçi görmüşəm. O məşqçilərin vaxtında mən həmişə əsas heyətdə oynamışam. Ancaq Vaqif Sadıqov gələn gündən nədənsə, mənimlə problemi oldu. Nəinki mənimlə, köhnə futbolçuların heç biriylə yola getmədi. Komandanın kapitanı olduğum üçün əsas problemi mənimlə oldu. Mənim özümü göstərməyimə ehtiyac yoxdur. Orda mən özümü kifayər qədər göstərmişdim. Son vaxtlar zədəli olduğum üçün biraz AZAL-ın heyətindən uzaqda qalsam da, sonradan formamı bərpa etmişdim.
- Vaqif Sadıqovla probleminizin səbəbi nə idi?
- Bilmirəm. O, bir səbəb də gətirmirdi ki, məni niyə əsas heyətdə meydana buraxmır? Danışırmış ki, guya mən komandada çaxnaşma yaradıram. Ancaq mənim bu gün də AZAL-ın futbolçuları ilə münasibətim əladır. Oyundan qabaq onların hamısı ilə görüşdüm.
- Növbəti oyununuz “Simurq”ladır. Bu oyun barədə nə deyərdin?
- Bizi “Simurq”la çətin səfər oyunu gözləyir. Komandamız iki oyundur ki, qələbə qazanır. Ona görə də biz də inam hissi artıb. Biz “altılığ”a düşmək üçün “Xəzər Lənkəran”la mübarizə aparırıq. Onların xal itirməsini gözləyə bilmərik. “Simurq”la oyunda mütləq qələbə qazanmalıyıq. Bu oyun demək olar ki, ilk “altılıq”a düşmək üçün bizim son şansımızdır.
- “Simurq”u bir rəqib kimi necə qiymətləndirirsən?
- “Simurq” ilk “altılıq”da yerini təmin etmiş komandadır. Çempionat başlayandan onların oyununu izləyirik. Neçə vaxtdır ki, liderlər sırasındadır. Çox yaxşı oyun nümayiş etdirirlər. Yəni “Simurq” təsadüfi komanda deyil. Təsadüf bir dəfə olar. Ona görə də rəqibə hörmətlə yanaşmalıyıq və oyuna ciddi hazırlaşmalıyıq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi