“Qarabağ” klubunun makedoniyalı yarımmüdafiəçisi Muarrem Muarremin komandalarının fevralın 16-da Topaz Premyer Liqanın 20-ci turunda “Sumqayıt”a qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytına müsahibə verib.
- Oyuna hazırlıqlar necə gedir?
- Bu gün son məşqimizi etdik. Tam heyətlə oyuna hazırlaşırıq. Komandamız yaxşı formadadır. Yeni transfer Reynaldo da məşqlərə qoşulub. Hər oyunda olduğu kimi, bu matça da ciddi hazırlaşırıq.
- “Sumqayıt”ı bir rəqib kimi necə qiymətləndirirsən?
- Gənc futboçulardan ibarət komandadır. Sona qədər oynayırlar. Get-gedə oyunlarında irəliləyiş var. Keçən il bu komandaya məğlub olmuşduq. Hazırda onlar daha yaxşı formadadılar. Biz hər bir rəqibə eyni gözlə baxırıq. Bütün rəqibləri eyni cür qiymətləndiririk. “Sumqayıt”la oyunda ancaq qələbə düşünürük.
- Artıq bir ildir “Qarabağ”dasan. Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Mən bura gələndə çempionat daha fərqli idi. Getdikcə yaxşılığa doğru gedir. Məncə, bundan sonra daha yaxşı olacaq. Çünki artıq Azərbaycana səviyyəli legionerlər gəlir. İndi çempionat çətin keçir. Çempionluğa iddialı klubların sayı artır.
- Yeri gəlmişkən, komandanızdakı yeni legionerlər haqda nə deyə bilərsən?
- Komandaya iki legioner gətirilib. Hər ikisi gənc və gələcəyi olan futbolçudur. Məncə, çox keçməz, komandaya xeyirləri dəyər. Subaşiç isə forma yığdıqdan sonra hücum xəttinə fayda verəcək.
- O, hazırda formada deyil?
- Məncə, tam formada olmaq üçün 2-3 oyun oynamalıdır.
- Səncə, komandanıza yeni hücumçu gətirmək lazımdır?
- Bunu baş məşqçi daha yaxşı bilər. Amma məncə artıq komandaya gətirilən futbolçular kifayət edər. Hücum xətti üçün də yetərincə futbolçumuz var.
- Azərbaycanda hansı klubları özünüzə əsas rəqib görürsən?
- Əsasən ilk “altılıq”da olan komandaları. Bunlardan “İnter”, “Simurq” və “Neftçi”ni xüsusi qeyd edərəm.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı