Xəbər verdiyimiz kimi, Türkiyənin “Dənizlispor” klubunda çıxış edən Rail Məlikov Bakıya gəlib. Səfər zamanı R.Məlikov Qol.Az saytının suallarını cavablandırıb
- Türkiyə Futbol Federasiyasının sənin barəndəki çıxardıq üç oyunluq cəza qərarını necə qiymətləndirirsən?
- Ağır cəzadır. Üstəlik mənə beş min türk lirəsi məbləğində də cərimələyiblər. Hazırda klub rəhbərliyi cəzanın iki oyuna endirilməsi ilə əlaqədar iş aparır.
-Mövsümün əvvəlindən Türkiyədəsən. Azərbaycan üçün darıxmısan, yoxsa artıq qardaş ölkəyə uyğunlaşmısan?
-Məndən əvvəl də azərbaycanlı oyunçular Türkiyədə legioner həyatı yaşayıb. Rəşad Sadıqov da Türkiyədə oynayanda deyirdi ki, çox darıxıram. Mən də bunun şahidi oldum. Əlbəttə, həm ailəm, həm də dostlar üçün çox darıxıram.
- Türkiyə birinci liqasında oynamaq ürəyincədir? Bizim bəzi futbolçularımız deyib ki, birinci divizionda oynamaram.
- Bu fikirləri deyən oyunçu deməli, özünü güclü sayır. Belədirsə, bəs onda niyə Superliqada oynamırlar? Danışmaqla deyil. Gedib görmək lazımdır ki, orada birinci divizion necə çətindir. Bu sözləri kimlər deyir bilmirəm. Belə danışanları Türkiyədə nəinki superliqaya, heç birinci divizion komandalarına götürməzlər. Türkiyədə birinci divizion Azərbaycan çempionatı səviyyəsindədir.
- Müsahibələrində demişdin ki, bundan sonrakı hədəfin Türkiyə superliqasında çıxış etməkdir.
- İstəsəm, gedə bilərdim. Ammma klub rəhbərliyi qalmağımı istədi. Mənə təklif etdilər ki, maya kimi komandada qalım.
- Real təkliflər var idi?
- Bəli. Özümü yaxşı tərəfdən göstərmişdim. Mənimlə oynayan oyunçular Superliqaya getdilər. Onların ora getməyində mənim də əməyim oldu. Aparıcı oyunçular getdiyi üçün məni klub rəhbərliyi buraxmadı.
- Hansı komandalardan dəvət almışdın?
- Bunu deyə bilmərəm. Çünki menecerlər bu haqda danışmağa qadağa qoyublar.
- “Dənizilspor”da ondan çox oyuna çıxmısan. Amma bununla belə milli komandaya yenə dəvət almadın. Berti Foqtsun bu qərarına necə yanaşırsan?
- Foqts özü deyib ki, xaricdə oynayan futbolçulara dəvət göndərəcək. Amma mənə dəvət gəlmir. Buna görə də pis oluram. Mən millidə oynamağa yüz faiz hazıram. Çünki Türkiyədə oyun təcrübəm artıb. Foqtsun qərarına hörmətlə yanaşıram. Yəqin zamanı gələndə mənə dəvət göndərəcək.
- Azərbaycandan gedəndən sonra ustalıq səviyyən artıbmı?
- Səviyyəm qat-qat artıb. Mən orda son müdafiəçi mövqeyində oynayıram. Böyükağa Hacıyev məni son müdafiəçi kimi, Qurban Qurbanov isə sol cinah müdafiəçisi kimi görürdü. Mən isə sağ cinahda oynamaq istəyirdim. Ancaq mənim əsl mövqeyim son müdafiəçi imiş.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı