“Qəbələ”nin yeni transferi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 19-cu turunda “Qarabağ”la oyunda debüt etdin. İlk oyunun haqda fikirlərin necədir?
-Mənim oyunuma baş məşqçimizin qiymət verməsi daha yaxsıdır. Amma onu deyə bilərəm ki, doxsan dəqiqə meydanda oldum. Oyunum pis alınmadı.
- Bəs baş məşqçiniz oyununu bəyəndi?
- Görüşdən sonra söhbətimiz olmadı. Amma yəqin ki, mənim oyunumdan razı olduğu üçün komandaya gətirib.
- “Qəbələ”yə uyğunlaşa bilirsən?
- Bəli. Burda özümü çox yaxşı hiss edirəm. Komandada gözəl ab-hava var. “Qəbələ”yə keçməkdə düzgün qərar vermişəm. İnanıram ki, bu komanda mən düşərli olacaq və burda uğur qazanacağam.
- Bundan əvvəl bir neçə klubda çıxış etmisən. O klubların baş məşqçiləri ilə “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov arasında nə kimi fərq görürsən?
- Hər klubun öz dəsti xətti var. Ramiz Məmmədov Azərbaycanda fərqlənən baş məşqçilərdəndir. Onun fərqli taktiki gedişləri olur. Biz futbolçularala da çox yaxşı davranır. “Qəbələ”nin oyun sistemi isə mənə uyğundur. Sürətli oyuna üstünlük veririk.
- Həmişə paytaxt klublarında oynamısan. Əyalət rayonu olan Qəbələdə yaşamaq sənə çətinlik gətirmir ki?
- Yox. Burda çox rahatam. Qəbələ heç də paytaxdan fərqlənmir. Bizə hər cür şərait yaradıblar.
- “Qarabağ”la oyunda hesab 1:1 oldu. Bu nəticə sizi qane etdi? ”Qarabağ”a qarşı oyunda bir xal qazanmaq yaxşı nəticədir?
- Qələbə qazansaq daha yaxşı olardı. Hesabda da irəlidə idik. Təəssüf ki, hesabı qoruya bilmədik. Ancaq xalsız qalmaqdansa, bir xal qazanmaq yaxşıdır.
- Komandaya cəlb olunan legionerlər özlərini yaxşı tərəfdən göstərə bilirlər?
- Hələlik bu barədə nəsə demək olmaz. Onu qarşıdakı oyunlarda görəcəyik. Amma düşünürəm ki, Ramiz Məmmədov onları bəyənibsə və onlar “Qəbələ” kimi komandada çıxış edirlərsə, yaxşı oyun göstərəcəklər.
- Qarşıda turnir cədvəlinin lideri “İnter”lə çətin səfər oyununuz var. Bu barədə nə deyə bilərsən?
- Onu deyə bilərəm ki, “İnter” hazırda özünün ən yaxşı formasındadır. Çətin bir oyun gözlənilir. Ancaq biz qələbə üçün meydana çıxacağıq. Bakıya yalnız üç xal dalınca gedəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı