Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- “Qəbələ” ilə Premyer Liqanın 19-cu turunun oyununda qapınızdan kuryoz qol buraxdınız. Bu, necə baş verdi?
- Həmin dəqiqələrdə biz elə oynayırdıq ki, belə bir qolu gözləmirdik. Qapıçı ilə müdafiəçilər arasında anlaşılmazlıq oldu. Fərhadla Rəşad bir-birinə arxayın oldu. Bu səbəbdən belə bir qol alındı. Futbolda belə qollar çox olur. Buna fikir verməməliyik. Əsas odur ki, hesabı bərabərləşdirdik. Əgər əlimizə düşən imkanlardan istifadə edə bilsəydik, “Qəbələ”yə üç qol vurub 3:1 hesabı ilə qalib gələ bilərdik. Ancaq bir xal da bizim üçün yaxşı xaldır. Çünki “Qəbələ” hazırda Azərbaycanda ən güclü komandalardandır.
- İkinci hissəni ortalarında komandanız zəif təsir bağışladı...
- İkinci hissədə biz daha fəal idik. Yalnız sona 20-25 dəqiqə qalmış onlar üstünlüyü ələ keçirdilər. Bu da gözlənilən idi. Çünki “Qəbələ” evdə oynayırdı.
- Yeni transferlərinizlə bağlı nə fikirdəsən? Adətən legionerlərə tənqidlə yanaşırsan.
- Bəli. Mən həmişə demişəm ki, yerli futbolçular legionerlərdən güclüdür. Amma legioner də olmalıdır. Əgər legioner yerli futbolçudan güclü deyilsə, onu Azərbaycana gətirməyin nə mənası var? Komandamızda olan legionerlərə gəldikdə isə, bu qərarı Qurban Qurbanov verib. Onun fikrinə hörmətlə yanaşmalıyıq. Yəqin baş məşqçimiz bunlarda nəsə görüb ki, komandaya gətirib. Mən də arzu edirəm ki, komandaya xeyir versinlər.
- Səncə, “Qarabağ”da hücum xətti qaydasındadır?
- Etiraf etməliyik ki, qaydasında deyil. Çünki xeyli sayda qol imkanlarından istifadə edə bilmirik. Yəqin ki, yaxşı hücumçu olsa, baş məşqçimiz komandaya gətirəcək. Mən də istərdim ki, yeni hücumçu gəlsin. Əgər çempion olmaq istəyiriksə, heyətimiz geniş olmalıdır. Həqiqətən bu il çempion olmağı çox istəyirik.
- Növbəti oyununuz “Sumqayıt”ladır. “Sumqayıt” komandalara sürpriz etməyi bacarır. Bu oyun haqqında nə düşünürsən?
- “Sumqayıt” doğrudan da elə bir komandadır ki, hər bir rəqibə başağrısı ola bilir. Bunu “Bakı” ilə oyunlarında da gördük. Demək olar ki, “Bakı”dan üstün oynadılar. Hətta qalib də gələ bilərdilər. Çempionatda zəif rəqib yoxdur. Biz də bu oyunun mahiyyətini dərk edirik. Bilirik ki, bizə üç xal hava və su kimi lazımdır.
- Komandanız oyuna tam heyətlə hazırlaşır?
- Hər şey qaydasındadır. İtkimiz yoxdur. Bütün oyunçularımız üzərinə düşən məsuliyyəti dərk edir və hər məşqdə öz üzərində daha çox işləyir.
- Turnir cədvəlinə başçılıq edən “İnter”lə aranızda artıq beş xal fərq var. İndiki şəraitdə çempionluq şanslarınızı necə görürsən?
- Aramızda beş xal fərq olsa da, onların da bizim də “altılıq”da oyunlarımız olacaq. Hələlik bir şey demək olmaz. Çempionat elə gedir ki, hətta sona 2-3 tur qalmış da bimək olmaz ki, çempion kim olacaq. Rəqiblərimiz öz aralarındakı oyunlarda xal itirəcəklər. Bu da bizim xeyrimizə işləyəcək. Biz hazırda ancaq qarşıdakı oyunları düşünürük ki, hər oyuna üç xal qazanaq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı