AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
-Komandanızın Antalyadakı təlim-məşq toplanışı haqda fikirləriniz necədir?
-Təlim-məşq toplanışını planlı şəkildə oldu. Birinci mərhələni Bakıda, ikinci mərhələni iki həftədən çox Antalyada keçirdik. İntensiv fiziki hazırlıqlarla bərabər yoldaşlıq oyunlarında da qüvvəmizi sınadıq. Biz bu toplantıda komandamızın çatışmazlıqlarını aradan qaldırmalıydıq. Bəzi oyunlar məni qane etdi, bəziləri isə qaneedici olmadı. Son oyunlarda komanda demək olar ki, öz oyunun sərgiləyirdi.
- Rəqiblərinizin səviyyəsi haqda nə deyə bilərsiniz?
- Güclü rəqiblər idi. “Volın”la oyun bizim üçün çətin oldu. İkinci rəqibimiz Çin klubunun heyətində “Barselona”da oynamış futbolçu var idi. Makedoniyada yüksək liqada oynayan “Turnovo” klubuna qalib gəldik. Heyf ki, Bolqarıstanın yüksək liqasında çıxış edən “Eter” klubu ilə oyunumuz yarımçıq qaldı. Bu oyunlarda hər bir futbolçuya şans verdik. Baxışda olan futbolçuları sınaqdan keçirdik.
- Yoxlama oyunlarında komandada hansı çatışmazlıqlar üzə çıxdı ki, onun üzərində daha çox işləməlisiniz?
- Mən həmişə deyirəm ki, etibarlı müdafiə ən vacib amildir. Ancaq sırf müdafiə futbolu da oynamaq olmaz. Hesab edirəm ki, bu gün bizdə komanda şəklində müdafiə olunmaqda problem var.
- Komandanıza yeni transferlər gözlənilir?
- Baxmayaraq ki, xeyli futbolçu komandada baxışda olub, son anda iki oyunçu ilə demək olar ki, razılıq əldə etdik. Onlar Sabah Bakıya gələcək və son qərar veriləcək. Söhbət serbiyalı dayaq yarımmüdafiəçisi Vladimir Boqdanoviç və cinah yarımmüdafiəçisi, Amerika vətəndaşı, əslən Nigeriyadan olan Remmidən gedir. Bu futbolçularla ilkin razılaşma əldə olunub.
- UEFA Azərbaycan klublarının transfer siyasəti ilə bağlı fikir bildirib ki, Azərbaycan klubları yerli-yersiz pul xərcləyir, düzgün transferlər etmir. Sizin buna münasibətinizi bilmək istərdik?
-Mən bu fikirlə razı deyiləm. Əgər bu gün futbolumuz inkişaf edirsə, deməli, işlər düzgün qurulub. Bir az zaman lazımdır ki, Azərbaycan Avropada öz futbolunu sübut etsin.
- Qarşıdan çempionat oyunları gəlir. Sizi “Simurq” və “Neftçi” kimi güclü rəqiblər gözləyir. Bu oyunlara hazırsınız?
- Bizim üçün rahat oyun yoxdur. İlk növbədə “Simurq”la oyunu düşünürük. Hər bir oyunçumuz qələbəyə köklənib. Çünki qələbədən başqa heç bir nəticə bizi qane etməz. Hesab edirəm ki, biz böyük iş həyata keçirmişik və onun nəticəsini mütləq görəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi