“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Komandanızın Antalyadakı təlim-məşq toplanışının gedişatı sizi qane etdimi?
- İlk növbədə klub rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, gözəl şəraitdə toplanış keçirməyimizi təşkil etdi. Oyunçulara isə təşəkkür edirəm ki, öz intizamlarıyla üzümüzü ağ etdilər. Ümumilikdə toplanışdan çox razı qaldım.
- Bəs yoxlama oyunu keçirdiyiniz rəqiblərin səviyyəsi sizi razı saldı?
-Bəli. Bu işdə klubumuzun baş meneceri Zaur Əzizovun xidmətini qeyd etmək istəyirəm. Ukraynanın “Volın” və “Metallurq”, Rumıniyanın “Styaua” kimi güclü klubları ilə oynadıq. Düzdü, əvvəlcə onların bəziləri Azərbaycan klublarıyla oynamaq istəmirdilər. Azərbaycan futbolçularını davaya meyilli adlandırırlar. Biz məşqçilər imkan verməməlyik ki, oyunlarda hansısa münaqişə yaransın. Futbolumuza yüksək sərmayələr qoyulur. Buna görə də biz çalışmalıyıq ki, Avropada həm nizam-intizamımızı, həm də futbolumuzu göstərək. Gərək komandalarımız elə bir intizama malik olsunlar ki, oyunlarda davamız düşməsin. Avropa da bizim haqqımızda yaxşı şeylər düşünsün.
- Qış fasiləsində altı transfer həyata keçirdiniz. Bu oyunçular ürəyinizcədi? Hansısa futbolçu oldumu ki, onu obyektiv və subyektiv səbəblərdən “Qəbələ”yə gətirə bilmədiniz?
- Klub rəhbərliyi hansı futbolçuları istəmişiksə, onları da alıb. Portuqaliyaya bir futbolçu üçün getmişdik. Sadəcə onun klubu işə məsuliyyətlə yanaşmadığından transfer baş tutmadı. Aldığımız bütün futbolçular isə məni qane edir.
- Yeni futbolçulara “Qarabağ”la oyunda şans verəcəksiniz?
- İstərdim ki, futbolçuların hamısının gücündən istifadə edim. Amma fiziki hazırlıqları tam yerində deyil. Onlar bizimlə Mingəçevir toplanışında olmayıb. Bu həftə yeni transferlərin fiziki hazırlığını yenidən yoxlayacağam. Hansı oyunçu hazır olsa, xidmətlərindən istifadə edəcəyik.
- Bu həftə Premyer Liqanın ikinci hissəsi başlayır. İlk oyununuz “Qarabağ”ladır. Komandanız bu oyuna tam hazırdır, yoxsa hələ hansısa çatışmazlıqlar var?
- Oyuna demək olar ki, tam hazırıq.
- İki futbolçunuz - Anar Nəzirov və Vurğun Hüseynov millimizin təlim-məşq toplanışında iştirak edir. Bu futbolçuların yoxluğu komandada hansısa çətinliklər yarada bilər?
- Onlar fevralın 7-də sıralarımıza qoşulacaqlar. Mən təəssüf edirəm ki, Anar Nəzirova Özbəkistanla oyunda şans verilmədi. O, bu gün millinin qapısını qorumağa tam hazırdır. Anar Nəzirov çempionatda 11 tur hər oyunda 90 dəqiqə qapıda dayanıb. Oyunçulara komandalarda imkan yaradırıq, möhkəmləndirik. Ancaq milli komandada onlara şans verilmir. Mən inanıram ki, Anar Avropanın aparıcı klublarında çıxış edə bilər.
- “Qəbələ”dən fərqli olaraq, növbəti rəqibiniz “Qarabağ”ın beş futbolçusu millinin toplanışında qatılıb. Qurban Qurbanov bildirib ki, klubların hazırlığının gedişatı zamanı futbolçularının komandanı tərk etməsi onlar üçün çətinlik yaradır. Sizcə, bu amil sizin “Qarabağ”la oyunda işinizi asanlaşdıracaq?
- Qurban müəllim narazı qalsa da, bununla barışmalıdır. Çünki millinin baş məşqçisi hansı futbolçunu məsləhət görürsə, biz onu milliyə verməliyik. Biz də Azərbaycan futbolu üçün çalışırıq. “Qarabağ”ın futbolçularının milliyə getməsi bizə heç bir stimul vermir. Çünki onlar artıq bişmiş futbolçulardır.
- “Altılıq”da yerinizi qorumaq üçün qarşıda dörd ağır oyununuz var. Rəqiblərinizin hamısı da iddialı klublardır: “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran” və AZAL. Bu baxımdan, ilk “altılığ”a düşmək mənasında sizi ən çətin vəziyyətdə olan komanda hesab etmək olar?
- Heç bir problem görmürəm. Başa düşmürəm, onlar da “Rəvan”, “Turan” kimi klublar deyil? Mən Azərbaycanda heç bir komandaya fərq qoymuram. “Neftçi” “Sumqayıt”a, “Qəbələ” “Kəpəz”ə məğlub olursa hansı zəif komandalardan danışmaq olar?
Ramiq AĞAMƏMMƏDOV
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti
Qvardiol "Barselona"nın maraq dairəsində