Rusiya milli komandasının italiyalı baş məşqçisi Fabio Kapello Facebook sosial şəbəkəsinin və Rusiya Futbol İttifaqının rəsmi saytının suallarını cavablandırıb.
Qol.Az-ın məlumatna görə, italiyalı mütəxəssis əsasən futboldan kənar suallara cavab verib.
- Cənab Kapello, siz həmişə çox yaraşıqlı görünürsünüz. Əla formada qalmağınıza nə kömək edir? Bunun reseptini bizə söyləyə bilərsiniz?
- Resept çox sadədir: hər şey yemək olar, amma həddində. Hər axşam mən bir qədəh qırmızı şərab, bəzən isə şampan içirəm. Əlbəttə ki, çoxlu sevgi də vacibdir! (gülür)
- Trenajor zalına tez-tez gedirsiniz? Dostlarınızla futbol oynayırsınız?
- Çalışıram, müdamadi olmasa da, zala gedim. Futbola gəlincə, dizimdəki ağrılara görə özümü çox yükləyə bilmirəm.
- Siz şahmat oynayırsınız?
- Yox. Bir dəfə də olsan buna cəhd etməmişəm.
- Futbolu bəzən şahmat gedişatları ilə müqayisə edirlər. Bu fikirlə razısınız?
- Haradasa hə. Futbolda və şahmatda çox şey sənin futbolçu və ya fiqurun düzgün quruluşundan asılıdır. Oyunu udmaq üçün həmişə fikirləşməlisən, rəqibə qarşı gözlənilməz gediş etməlisən.
- Siz idmançı ailəsində tərbiyə almısınız?
- Mənim atam ikinci divizionda futbol oynayıb. Yeri gəlmişkən, ilk məşqçim də məhz o olub. Atam məktəbdə işləyirdi, anam isə evdar qadın idi. Futbolla maraqlanmağım valideynlərimin xoşuna gəlirdi. Xüsusilə də atama. Həm o, həm də anam həmişə mənə kömək olmağa çalışıb. Buna baxmayaraq, uşaqlıqdan sərbəst idim, qərarları məhz özüm qəbul edirdim və buna özüm cavabdeh idim. Hesab edirəm ki, hər bir gənc futbolçuda bu keyfiyyətlər olmalıdır.
13 yaşımdam müxtəlif komandalarla səfərə çıxırdım, gücümü yoxlayırdım. Nəticədə A seriyasında yarışan ciddi bir komanda məni heyətinə cəlb etdi. İlk peşəkar müqaviləmi 15 yaşımda bağladım. Əvvəlcə gənclərdən ibarət komandada oynadım, 17 yaşımda isə güclü İtaliya liqasında çıxış etməyə başladım.
- Həyatda futboldan başqa daha nə ilə maraqlanırsınız?
- Çox şeylə. Səyahət etməyi sevirəm. Müxtəlif ölkələrin tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olmağı bəyənirəm. Həmçinin böyük məmnuniyyətlə teatra, muzeyə, sərgilərə gedirəm. Bir sözlə, maraq dairəm böyükdür.
Fikrimcə, səyəhət etmək təkcə ölkələrə getmək deyil. Çoxlu kitab oxumaq, ensikplopediyaya baxmaq... Bunun özü də bir səyahətdir. Ölkələr və şəhərlərlə tanış ola bilirsən. Amma əlbbətə, hər şeyi öz gözünlə görmək, onları yaddaşına həkk etmək daha qiymətli və maraqlıdır.
- Yaxın gələcəkdə olmadığınız ölkələrdən hansına getmək istərdiniz? Avstraliyaya?
- Avtraliyada üç dəfə olmuşam. Mən ilk növbədə qədim tarixə malik olan Suriya və İrana səfər etmək istərdim. Mədəni dəyərləri və insanlıq üçün tarixi əhəmiyyəti mənasında ərəb ölkələri vacib bölgədədir. Təəssüf ki, hazırda ora getmək təhkülədir. Təsəvvür edin ki, radikal yönümlü qruplaşmaların Buddist abidələri, qədim Buddanın heykəlini dağıtmaları mənə necə pis təsir etdi. Bu, bütün dünya mədəniyyəti üçün böyük itkidir.
- Sizcə, insanlar nəyə görə problemlemləri çox vaxt sülh yolu ilə həll edə bilmirlər?
- Çətin sualdır. Əlbəttə, mən insanların sülh şəraitində və xoşbəxt yaşamalarını istəyirəm. Vacib məqam odur ki, biz bir-birimizə, dinlərə, başqa ölkələrin mədəniyyətlərinə və adətlərinə hörmətlə yanaşmalıyıq. Əgər sən böyük və güclüsənsə, bu demək deyil ki, öz maraqların naminə müharibə etməli, insanları öldürməməlisən. Müasir dünyada qəddarlığa, zoradılığa yer olmamalıdır. Və “ən yaxşı din mənim dinimdir, digərlərinin mənası yoxdur” kimi düşüncə isə zərərlidir.
- Siyasətlə maraqlanırsınız? Hansı ideyalar sizə daha yaxındır?
- Siyasətçi olmasam da, proseslərlə yaxından maraqlanıram, çoxlu informasiya oxuyuram. Mən hörmətin və hər bir insanın fərdi inkişafı üçün atılan addımların tərəfdarıyam. Fikrimcə, hər şey sadədir: qaydalara və hamı tərəfindən qəbul edilmiş normalara hörmət, xoş əməllər həyata keçirmək, öz bölgənə, ölkənə, insanlarına kömək etmək lazımdır. Amma bəziləri hakimiyyəti ələ alan kimi, yalnız özü barədə düşünür.
Digər tərəfdən isə, siyasi proseslərdə necə etmək barədə müzakirə aparmaq asandır. Amma kütlənin taleyini həll edə biləcək qərar çıxarmaq həqiqətən də çətindir. Ölkə rəhbərliyinə yeni adam gələndə deyir ki, əvvəl bunu, sonra bunu, daha sonra da bunu həyata keçirəcəyəm. Amma həyat göstərir ki, vəd olunanların yalnız otuz faizini gerçəkləşdirmək mümkün olub.
- Seçkilərdə iştirak edirsiniz?
- Mütləq və hər zaman. Səs vermək vacibdir.
- Don Fabio, futbol sizin üçün nədir?
- Bu mənim sevimli işim və ehtirasımdır (gülür).
Tərcümə etdi:
GÜNDÜZ
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi