“Neftçi” klubunun məşqçisi Kamal Quliyevin Qol.Az saytının Kiprə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Sabah Azərbaycan futbolu üçün tarixi bir gün ola bilər. “Neftçi”ni Avroliqanın qrup mərhələsinə düşməkdən yalnız bir oyun ayırır. Komandamızdan nə gözləyək?
- Həqiqətən də sabah bizim üçün bir şans yaranacaq ki, Azərbaycan futbolunda tarix yazaq. Bu işi birinci görə - yəni Avroliqanın qrup mərhələsinə düşə bilərik. Hələ ilk oyunda da “Neftçi” rəqibinə qarşı bu arzuyla meydana çıxmışdı. Mən indiyə kimi heç zaman futbolda baş verən bəxtsizliklərdən gileylənməmişəm. İndiyə kimi keçirdiyimiz oyunların heç birində əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Elə APOEL-lə sonuncu oyunda qapıçının, müdafiəçinin boş qapıdan çıxartdığı anları qeyd etmək istəyirəm. Bunların hamısı real qollar idi. Əgər biz o qolları vursaydıq, hesab da böyük ola bilərdi. Bakıdakı oyuna necə hazırlaşmışdıqsa, eləcə də sabahkı matça tam köklənmişik. Komandadakı hər bir futbolçu öz məsuliyyətini dərk edir. Başa düşürlər ki, Azərbaycan xalqını, dövlətini bu cür mötəbər turnirdə layiqincə təmsil etməlidirlər. Həm də onlar sabahkı oyunlarıyla özlərinə Avropaya getmək üçün şans yarada bilərlər. Bu, hər birimizin özünü təsdiqi üçün gözəl şansdır. Belə deyək, bu, bizim futbolçular üçün həm də özlərini Avropa bazarında göstərmək mənasında yaxşı fürsətdir. Yeganə arzumuzdur ki, sabahkı oyunu gözəl nəticəylə başa vurub vətənə qayıdaq.
- Təbii ki, APOEL-lə ilk oyuna qədər komandanı analiz etmişdiniz. Birinci oyunda APOEL “Neftçi”yə qarşı siz düşündüyünüz kimi oynadımı?
- Mən açığını deyim ki, biz “Apoel”dən daha güclü oyun gözləyirdik. Düzdür onların əsas beş oyunçusu komandanı tərk edib. Amma yenə də biz onlardan daha sürətli, daha gərgin oyun gözləyirdik. “Apoel”lə bağlı bizim üçün heç nə qaranlıq qalmayıb. Sabahkı oyunda rəqibin güclü azarkeş dəstəyi olacaq. APOEL-in böyük azarkeş ordusu var. Amma futbolçularımızın psixoloji durumu yerindədir. İnanmıram ki, azarkeşlərin təzyiqi “Neftçi”nin oyununa təsir edə.
- “Apoel” azarkeşlərinin təzyiqindən çəkinmədiyinizi dediniz. Bəs, sabahkı qarşılaşmada ən əsas nədən çəkinirsiniz?
- Mən yalnız bəxtsizlikdən qorxuram. İndiyədək inanmırdım ki, futbolda bəxtsizlik amili ola bilər. “Neftçi”nin bütün oyunlarını oturub təkrar-təkrar izləyirəm. Görürəm ki, doğrudan da belə bəxtsizlik olmaz. Yalnız bundan narahatam. Yoxsa, futbolçularla bağlı hər şey qaydasındadır. Onlar həm maddi, həm də mənəvi tərəfdən yüksək şəraitlə təmin olunublar.
- Sabah APOEL-dən fərqli oyun gözləyirsinizmi? Rəqib komandanın üzvləri öz meydanlarında daha yaxşı oynayacaqlarına işarə vururlar. Bildirirlər ki, süni örtüklü meydançada oynamaq onlar üçün çətin olub.
- Deyirlər ki, bu meydan, bu da şeytan. Nə fərqi var ki, süni, yaxud da təbii örtüklü meydança. Futbol oynayan üçün meydançanın fərqi yoxdur. Mən sabah APOEL-dən daha çılğın, daha aktiv oyun gözləyirəm. İlk 15-20 dəqiqəni çox ehtiyatlı davranmalıyıq. Bunun üçün də çox soyuqqanlı olmaq lazımdır. Çünki rəqib istər-istəməz ilk dəqiqələrdən hücuma atılacaq. Çalışıb onların sürətli hücumlarının qarşısını almalıyıq. Futbolçular çıxıb vuruşmalıdır. Düzdür məğlub olmaq da olar. Amma uduzandada gərək kişi kimi uduzasan. Bakıdakı oyunda “Neftçi” heç-heçə etsə də, hamı dedi ki, halal olsun. Çünki futbolçular əzmkarlıq göstərdilər. Futbol belədir. Kim daha çox qaçacaqsa, kim mübarizə aparacaqsa, o da qalib gələcək. Buna da bizim komandanın potensialı çatır.
- Heyətdə hər hansı dəyişiklik gözlənilirmi?
- Məncə, bunu açıqlamağımız bir qədər düzgün olmaz. Çünki rəqib bizim açıqlamalarımızı izləyə bilər. Dəyişiklik ola da bilər, olmaya da. Hər halda sabah kimə şans veriləcəksə, o da bütün tapşırıqların öhdəsindən gəlməlidir.
- Şansları necə dəyərləndirirsiniz?
- 50-nin 50-yə.
- Belə anladım ki, siz sabahkı çox ümidlisiniz...
- İnşallah. Başqa yolu yoxdur. Bu bizim üçün şans idi. Birinci şansımızı əldən buraxdıq. Heç olmasa, bunu tutub əlimizdə saxlayaq ki, Avroliqaya vəsiqə qazana bilək.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi